Icma.az
close
up
RU
Sərəncam: 5 il sonra eyni gündə eyni vəzifəyə təyin edildi

Sərəncam: 5 il sonra eyni gündə eyni vəzifəyə təyin edildi

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

- +

Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Tribunainfo.az xəbər verir ki, E.İsayev 7 oktyabr 1979-cu ildə Naxçıvan MR, Babək rayon Məzrə kəndində anadan olub.

Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə alıb. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix filologiya fakültəsinin tarix ixtisasını, 2002 –ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib, Heydər Əliyev adına təqaüdə layiq görülüb.

2001-ci ildə təhsil sahəsində uğurlara görə “İlin ən yaxşı gənci” müsabiqəsinin qalibi olub. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar Elmlər” kafedrasının müdiri işləyib.

2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olub. Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

2006-cı ildə “Böyük İpək yolu və Naxçıvan” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

1998-2001 –ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsində ictimai-siyasi şöbənin redaktoru kimi fəaliyyət göstərib, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir.

Əsas tədqiqat sahəsi beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak edib, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi əsərləri çap olunub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see403

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see250

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see247

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see230

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see230

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see230

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see229

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see227

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see226

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see226

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see225

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see220

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see219

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see208

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see207

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see206

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see204

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see204

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see198

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri