Icma.az
close
up
RU
Sərəncam kimlərə şamil olacaq? KONKRET

Sərəncam kimlərə şamil olacaq? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar və vətəndaş rifahının yüksəldilməsi strategiyası çərçivəsində növbəti humanitar addım atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində paytaxtın infrastruktur problemlərindən əziyyət çəkən sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm qərar qəbul edilib.

Bu qərar, xüsusilə sel və daşqınların fəsadları ilə üzləşən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dövlət tərəfindən ayrılan vəsait həm evlərin bərpasına, həm də sakinlərə birbaşa maddi dəstək göstərilməsinə xidmət edəcək.

KONKRET.az nocomment.az-a istinadla xəbər verir ki, sosioloq Fəxri Nəbizadə bu addımın cəmiyyətdəki psixoloji və sosial sabitliyə təsirini yüksək qiymətləndirib.

Ekspert bildirib ki, dövlətin kritik anlarda vətəndaşın yanında olması xalq-iqtidar birliyinin ən bariz göstəricisidir: “Təbii fəlakətlər və ya infrastruktur qəzaları nəticəsində mülkiyyətinə zərər dəymiş vətəndaşlar üçün bu cür sərəncamlar təkcə maddi yardım deyil, həm də böyük bir mənəvi dayaqdır. İnsanların evlərinin təmir olunması və əşyalarına görə təzminat verilməsi cəmiyyətdə dövlətə olan inamı daha da sarsılmaz edir”.

Onun sözlərinə görə, kirayəhaqlarının ödənilməsi sakinlərin sosial gərginliyini minimuma endirəcək: “3 aylıq kirayə pulunun ödənilməsi ailələrin məişət qayğılarından azad olaraq normal həyata qayıtmasına şərait yaradır ki, bu da sosioloji baxımdan sağlam cəmiyyət modelinin qorunması deməkdir”.

İqtisadçı ekspert Oqtay Səlimov isə məsələnin maliyyə və iqtisadi tərəflərinə aydınlıq gətirərək qeyd edib ki, bu, dövlət büdcəsinin sosial yönümlü olduğunun növbəti sübutudur.

İqtisadçı bildirib ki, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrindəki 61 fərdi yaşayış evinin bərpası üçün ayrılan vəsait şəffaf qiymətləndirmə əsasında həyata keçirilir: “Dövlətin zərər çəkmiş vətəndaşlara maddi yardım ayırması, həmçinin yararsız hala düşmüş əşyaların qiymətləndirmə xərclərini öz üzərinə götürməsi çox operativ bir iqtisadi yanaşmadır. Bu, fərdi təsərrüfatların maliyyə yükünü birbaşa azaldır və yerli iqtisadiyyatda istehlak gücünün qorunmasına kömək edir”.

Onun sözlərinə görə, bank xərclərinin də qarşılanması vətəndaşın əlavə itkiyə məruz qalmaması üçündür: “Prezidentin sərəncamında kirayəhaqları ilə yanaşı, bank əməliyyatı xərclərinin də dövlət tərəfindən ödənilməsi bəndinin yer alması o deməkdir ki, vətəndaş ona ayrılan vəsaiti bir qəpik də ödəmədən, tam şəkildə əldə edəcək”.

Xatırladaq ki, sözügedən işlərin icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək və sel sularının təsirinə məruz qalmış 61 evin tam təmir-bərpası təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Aprel 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri