Icma.az
close
up
RU
Sergey Lavrov: Bu həftənin sonunda növbəti Rusiya ABŞ danışıqları olacaq

Sergey Lavrov: Bu həftənin sonunda növbəti Rusiya ABŞ danışıqları olacaq

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi, fevralın 24-də bildirib ki, Rusiya ilə ABŞ arasında yeni görüş bu həftənin sonunda baş tutacaq.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə mətbuat konfransında bildirib ki, diplomatik missiyaların fəaliyyətindəki maneələri aradan qaldırmaq üçün bu həftə Rusiya ilə ABŞ arasında tam tərkibdə danışıqlar aparılacaq. O əlavə edib ki, həmkarı Hakan Fidana ötən həftə Səudiyyə Ərəbistanında ABŞ ilə aparılmış danışıqların nəticələri barədə məlumat verib.

Lavrov daha sonra deyib: “Biz türk dostlarımıza fevralın 18-də Ər-Riyadda baş tutan və çoxsaylı ziddiyyətlərə baxmayaraq, təbii ki, normal dialoqun aparılması imkanı baxımından yüksək qiymətləndirilən Rusiya-ABŞ danışıqları barədə ətraflı məlumat verdik”.

Ukrayna münaqişəsinin həlli perspektivləri ilə bağlı suala cavab verən rusiyalı nazir deyib ki, Moskva Ukrayna, Avropa və istənilən tərəflə danışıqlara hazırdır, lakin döyüşlər yalnız Moskva üçün məqbul olan nizamlanma əldə edildikdə dayandırılacaq. Lavrov xatırladıb ki, Rusiya dəfələrlə atəşkəs elan edib. Onun sözlərinə görə, Ukrayna tərəfin bundan öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib. “Biz Ukrayna, Avropa və sülhün əldə olunmasına kömək etmək istəyən hər bir nümayəndə ilə danışıqlara hazırıq, lakin bu danışıqlar Rusiya Federasiyasına uyğun olan qəti və davamlı nəticə verdikdə mübarizəni dayandıracağıq”, -deyə rusiyalı nazir vurğulayıb.

O, həmçinin bildirib ki, 2022-ci ilin aprelində İstanbulda Ukrayna ilə razılaşma əldə olunub, amma Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson buna əngəl törədib və Qərb Rusiyanı zəiflətmək üçün onun həyata keçirilməsinə mane olub.

Lavrovun sözlərinə görə, Moskva Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə danışıqlara ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir. O, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya qoşulmaması gələcək sülh sazişində mütləq şərt olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri