Icma.az
close
up
RU
Sərhəd məsələsində Azərbaycanın düzgün qərarı

Sərhəd məsələsində Azərbaycanın düzgün qərarı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2019-cu ildən başlayan və sürətlə bütün dünyaya yayılan pandemiyaya görə dövlətlər sərhəd nəzarətini gücləndirmək üçün tədbirlər gördülər. Əlbəttə ki, virusun daha kütləvi şəkildə yayılmasının qarşısının alınmasında önləyici tədbir olaraq bu addım mühüm əhəmiyyət daşıyırdı. Ölkələr, eyni zamanda, karantin rejimi tətbiq edirdilər. Azərbaycan da təbii ki, bu istiqamətdə çox vacib qərarlar qəbul etdi, tədbirlər həyata keçirdi. Vaxtında görülən tədbirlər nəticəsində, həmçinin quru sərhədlərin bağlanması pandemiyanın ölkəmizdə tüğyan etməsinin qarşısını aldı. 

Təbii ki, pandemiyanın getdikcə səngiməsi, aktiv fazanın geridə qalması ilə ölkəmizdə sosial izolyasiya tədbirləri də mərhələli şəkildə aradan qaldırılmağa başladı. Vəziyyətə uyğun olaraq isə karantin rejimi qüvvədə saxlanıldı. Buna baxmayaraq, quru sərhədlərin açılmaması xaricində, bütün fəaliyyətlər ardıcıl olaraq bərpa edildi. 

Quru sərhədlərin bağlı saxlanıması artıq xeyli müddətdir ki, müxtəlif dairələrdə müzakirələrə səbəb olub. Xüsusilə sosial şəbəkələrdə bu məsələyə qeyri-adekvat reaksiyalar olur. Başqa sözlə, mövcud reallıqlar nəzərə alınmadan məsələyə başqa tərəfdən yanaşma cəhdləri edilir. Məlumdur ki, sərhədlə bağlı qərarın qüvvədə saxlanılmasının əsasları var. Əgər dövlətin bildiyi hər hansı risklər, səbəblər olmasa, bu qərar da ləğv edilərdi. Elə proseslərin axarı da göstərdi ki, qərar uzaqgörən siyasətə əsaslanır. İlk növbədə burada təhlükəsizlik, demoqrafik məsələlər önəm kəsb edir. Yaxın ətrafımızda, sərhədlərimizdə cərəyan edən hadisələr, müharibələr, gərginliklər çox ciddi narahatlıq yaradır. 

Dördüncü ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Yaxın Şərq uzun illərdir gərginlik, münaqişələr, müharibələr ocağına çevrilib. İyunun 13-dən başlayan İsrail-İran qarşıdurması ilə regionda vəziyyət daha da mürəkkəbləşib. Bu münaqişə yeni və çox ağır, katastrofik risklər, təhlükələr deməkdir. Və bütün bunlar Azərbaycanın bir addımlığında baş verir. Bu riskləri, real təhlükələri görmək və dərk etmək üçün dərin siyasi biliklərə malik olmağa ehtiyac yoxdur. Hər şey göz önündədir.   

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə sərhədlərin bağlı saxlanmasına toxunaraq bunun əsaslı geosiyasi və təhlükəsizlik səbəbləri ilə bağlı olduğunu söyləyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb.

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”. 

Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur: “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Dövlət başçısı 2024-cü il aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda sərhədlərin bağlı saxlanılması qərarının bölgədəki qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın milli təhlükəsizliyini qorumaq məqsədilə atılmış strateji və zəruri addım olduğunu söyləyib: 

“Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür.”

Bu gün artıq cənub sərhədimizdə də hərbi qarşıdurma, gərginlik pik həddədir. İsrail-İran münaqişəsinin daha da genişlənə biləcəyi, qanlı müharibəyə çevriləcəyi istisna edilmir. Üstəgəl, müharibə bölgələrindən qaçqın axını və ya qeyri-qanuni miqrasiya riski təhlükəsi də qalır. Həmin axının içində ayrı-ayrı qruplaşmaların üzvlərinin olacağını da istisna etmək olmaz. Ona görə də quru sərhədlərin bağlı saxlanılması qərarının strateji əhəmiyyəti bu gün özünü daha qabarıq şəkildə göstərir. Milli təhlükəsizliyin təmin edilməsi eyni zamanda, dövlətçiliyimizin daha da möhkəmlənməsi, suverenliyimizin, sosial sabitliyin qorunması deməkdir. Azərbaycana qarşı xarici risklər hər zaman olub. Hazırda cərəyan edən geosiyasi proseslər fonunda bu risklər daha da arta bilər. Onların neytrallaşdırılması, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasında sərhədlərlə bağlı qərarın qüvvədə olması tam məntiqli addımdır. 

Amma quru sərhədlərin bağlı olması o demək deyil ki, Azərbaycan bu məsələdə tam təcrid siyasəti həyata keçirir. Ehtiyac olduqda ölkəmiz humanitar əsaslarla quru sərhədlərimizdən istifadə üçün icazə verir. İran-İsrail qarşıdurması başlayandan sonra çoxsayda xarici dövlətlərin vətəndaşları, o cümlədən bir sıra ölkələrin diplomatik korpuslarının nümayəndələri İran ərazisini məhz Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə tərk ediblər. Onların arasında təkcə keçmiş sovet respublikalarının deyil, Avropa, hətta Latın Amerikası ölkələrinin də vətəndaşları var. Ayrı-ayrı dövlətlərin rəsmiləri, xarici işlər nazirləri bu köməyə, dəstəyə görə Azərbaycan rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. 

Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti, əsas gücüdür və regional təhlükəsizliyin bərqərar olmasında da vacib rola malikdir. Baş verən son hadisələr də bir daha onu göstərir ki, quru sərhədlərimizin bağlı olması məhz Azərbaycanın təhlükəsizliyinə, ölkəmizdə mövcud sabitliyin dayanıqlı olmasına xidmət etməklə, milli maraqlarımıza tam cavab verən qərardır.

PƏRVANƏ 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 20 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see501

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see298

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see269

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see264

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see242

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see238

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see234

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see228

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see221

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see219

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see214

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see209

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see202

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see200

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see197

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see192

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see187

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see185

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see179

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri