Icma.az
close
up
RU
Laçın Azərbaycanın sərhəd qalasıdır

Laçın Azərbaycanın sərhəd qalasıdır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Əvvəllər Abdallar adlanan Laçın inzibati ərazi vahidi, 1924-cü ildən şəhər statusu alaraq 1930-cu ildən rayonun inzibati mərkəzinə çevrilmişdir.

XX əsrin tanınmış Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adı şəhərə verilmişdir, burada “Laçın” sözü “məğrurluq” və “yenilməzlik” mənasındadır. 1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. İşğal nəticəsində ərazidə aparılmış talan-qarət nəticəsində 54 beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. Lakin bu itkilər xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir.

Böyük Qayıdışın növbəti mərhələsi olan Laçın artıq doğma sakinlərinə qucaq açıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. 1 dekabr 2020-ci ildə işğaldan azad olunan Laçın şəhərində yeni həyat başlayıb. “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”, – deyən dövlət başçımız 23 aprel 2023-cü il tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurulanda vurğulamışdı ki, “…Bu gün bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.” Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz 23 aprel 2023-cü il tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. 19-20 sentyabr tarixlərində keçirilən anti-terror tədbirlərindən sonra isə Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrində yuva salmış xunta rejiminin qalıqları bir sutka ərzində təslim oldular. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi.

Həmçinin oxuyun:

Qarabağda təhlükəli 4 radioaktiv maddə aşkarlandı: tədqiqat…

Rəşadətli Azərbaycan Ordusunun yenilməz iradəsi nəticəsində 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və bununla Laçının tarixində yeni bir səhifə açıldı. Bu, təkcə müzəffər ordumuzun qazandığı növbəti hərbi uğur deyildi, həm də Azərbaycanın tarixi ədalətinin bərpası idi. Müzəffər Ali Baş Komandan hərbçilərimizin qəhrəmalığını ən yüksək səviyyədə qiymətləndirmiş, onun sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilmişdir.

Laçının işğaldan azad edilməsi bizim üçün həm də Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi baxımından olduqca əhəmiyyətli idi. Ermənistan qanunsuz olaraq ermənilərin Laçında məskunlaşdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü dəhliz kimi onların nəzarətinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu röyası da öncəkilər kimi puç və əfsanə xəyallardan başqa bir şey deyil.

Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri