Icma.az
close
up
RU
Sərhəd qərarı: Dövlət ağlına etimad edək

Sərhəd qərarı: Dövlət ağlına etimad edək

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Musavat.com xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

2020-ci ilin 23 martında Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclas zamanı ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə olunduqdan sonra infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilmişdi. O vaxtdan artıq 5 ildən artıq vaxt keçib. Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar bir sıra məhdudiyyətlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında insanların həyatını qorxunc virusdan qorumağa hesablanmışdı. O zaman ən çox tövsiyə edilənlər əllərin təmiz saxlanılması, dezinfeksiya, ara məsafəsinin saxlanılması və bu kimi məsələlər idi. Artıq COVİD-lə bağlı qorxunc situasiya geridə qalsa da, daha dəhşətli fəlakətlərin sərhədlərimizə yaxın olması dövlətin təhlükəsizlik tədbirlərini davam etdirməsini zəruri edir.  

Milli Məclisdə hökumətin iştirakı ilə keçirilən müzakirələr zamanı Baş nazir Əli Əsədov belə demişdi: “2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi mənim səlahiyyətimdir. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.

Aylar öncə bu sözlər yüksək tribunadan bəyan olunarkən cəmiyyətimizin üçün İsrail-İran müharibəsi üfüqdə qızartı kimi də görünmürdü. Amma heç şübhəsiz ki, dövlət təhlükələrdən məlumatlı idi. 2022-ci ilin fevralında da Rusiyanın Ukraynaya hücumu da çoxları üçün şok təsiri bağışlamışdı. O zaman Azərbaycanda xüsusi karantin rejiminin niyə ləğv olunmadığı barədə müzakirələr açanlar, hətta bəzi hallarda dövləti ittiham edənlərin xeyli hissəsi dövlət ağlı qarşısında susmağa vadar oldular, yanlış düşündüklərini hiss etdilər.

Bu, gün 2025-ci ilin 23 iyununda Baş nazirin xüsusi karantin rejiminin müddətini 1 oktyabr saat 06:00-dək uzadılması barədə verdiyi qərara da ağız büzənlərin tapılacağı şübhəsizdir. Amma əminlik var ki, İsrail-İran müharibəsinin faktiki olaraq davam etməsi, qulağımızın dibində bütövlükdə regionu öz ağuşuna ala biləcək fəlakətlərin yaşanması halında Azərbaycan dövlətinin qərarının nə dərəcədə haqlı olduğunu etiraf edənlərin sıraları qat-qat artıb. Düzdür, indi dövlət öz vətəndaşından COVİD 19-a görə ara məsafəsini gözləməyi tələb etmir. Amma dövlətimiz özü normal münasibətlərdə olduğu Ukrayna ilə yanaşı, Rusiya ilə, həmçinin İsraillə birgə İranla, o cümlədən savaşa qoşulduğunu artıq nümayiş etdirən ABŞ ilə münasibətlərdə ara məsafəsini gözləyir ki, savaşın alovu bayrağımıza, sərhəd bütövlüyümüzə sıçramasın. Dövlətimiz həm özünün, həm də vətəndaşının şimal və cənubumuzda davam edən müharibədən SAĞ, xətərsiz çıxmağımız üçün əlindən gələni edir. Odur ki, dövlətə kömək vaxtıdır, ən azı onun qəbul etdiyi mühüm qərarları müdafiə etməklə...  

ABŞ Dövlət Departamenti özünün illik hesabatında quru sərhədlərin bağlı saxlanılmasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirmişdi. Amma həmin ABŞ-nin başçısı Senatın, Konqresin rəyini nəzərə almadan, Dövlət Departamentinə belə, məhəl qoymadan, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan, eləcə qolf oynaya-oynaya (!!!) İranın vurulmasına əmr verdi. İndi Dövlət Departamenti desin görək: təhlükəsizliyi naminə sərhədlərini bağlı saxlamağa qərar verən dövlətin addımı qanun pozuntusudur, yoxsa şəxsi qərarı ilə 3-cü Dünya Müharibəsinə, nüvə təhlükəsi ilə bölgənin məhvinə rəvac verə biləcək addımın atılması?

Bu gün dünyada koronovirusla bağlı ajiotaj doğuracaq hal yoxdur, bəli. Yadınızdadır yəqin, bütün dünyada hava məkanı bomboş olurdu, nə uçan var idi, nə qaçan, hərə öz köşəsinə çəkilmişdi, maskası ağız-burununda. Artıq ikinci həftədir İranın, İsrailin və bir sıra digər ölkələrin də hava məkanında bənzər vəziyyətdir, quş da səkə bilmir hava məkanından, koronanın yox, ballistik raketlərin qorxusundan. COVİD vaxtı taxılan maskalar bir başqa, indi yırtılan maskalarla yanaşı, hələ də maskalanmış, “din məqsədlərlə”, “dialoq”, “sülh təşəbbüsü” ilə “silahlananlar” daha qorxuludur. Belə bir durumda nəinki hava məkanı, eləcə də quru sərhədlərdə də ehtiyatlı olmaqda fayda var. Sonda ən ağır yükü dövlət çəkir. Necə ki, Rusiya səmasında mülki təyyarəmiz vuruldu, münasibətlər gərginləşdi, bu günədək normal axarına düşməyib. Müharibə dəhşətdir, qan-qadadır, həm də nə qədər məsafə saxlanılsa, o qədər təhlükəsizlik deməkdir.

Bir anlıq təsəvvür edək ki, Rusiya və İranla sərhədlərimiz açıq olsaydı, nələr baş verərdi. Hər iki ölkədə yaşayan soydaşlarımızın, yaxud həmvətənlərimizin sayı milyonlarladır. Heç birisinin başının üstündən bir tükün əskilməsini istəmirik və tezliklə bu müharibələrin bitməsini arzulayırıq. Amma əgər baş verənlər bizim iradəmizdən kənardadırsa, o halda selin qarşısına çıxmaqla onu dayandırmaq mümkünsüzdürsə, daha çox təhlükəsizliklə bağlı düşünmək, addımlar atmaq lazımdır. Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların Vətənidir. Dövlətimizə xətər dəyməsini heç şübhəsiz, nə İranda, nə Rusiyada, nə də İsraildə yaşayan azərbaycanlılar istəməzlər, buna əminik. Bu mənada kimlərsə demaqogiya ilə məşğul olmasın ki, baxın, Azərbaycan sərhədlərini bağlayıb və müharibədən qaçmaq istəyənləri qəbul etmək istəmir. Əvvəla, çox şükürlər olsun, hər iki böyük qoşumuzda müharibə o həddə çatmayıb ki, yüz minlərlə, bəlkə də milyonlarla Azərbaycanı xilas olmaq üçün – İraq və Suriyada olduğu kimi – baş götürüb Azərbaycana qaçsın. İraq olsun, belə bir hal baş verərsə, Azərbaycanın varlığına belə, təhdid yaranar. İndiki halda ən arzuolunan İranda, Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təhlükəsizlik ünvanlara çəkilmələri, hərbi obyektlərdən, digər İsrail, yaxud ABŞ hədəfi ola biləcək ünvanlardan kənarda qalmalarıdır. Heç kim öz ev-eşiyini atıb qaçqın-köçkün taleyi yaşamaq istəməz, o cümlədən soydaşlarımıza bunu arzulamırıq. Ona görə də kimlərsə sərhədlərin açılması ilə azərbaycanlıların köçünə stimul yaratmağa çalışırsa, böyük səhvə yol verir. Əslində bu, bədxahlarımızın niyyətidir. Onsuz da Güney Azərbaycan torpaqlarının ələ keçirilməsi, azərbaycanlıların dədə-baba yirdalarından qovulması üçün əli silahlı marıta yatan qüvvələr var. Elə iki-üç ay əvvəl Urmiyəyə sahiblənmək istəyənlərə soydaşlarımızın “Urmiyə bizim qonaq otağımızdır, onu kiməsə vermərik”, cavabından sonra bir çox qüvvələr susdular. İndiki situasiyada İsrail və ABŞ-nin Təbriz, Ərdəbil və digər şəhərlərdəki hərbi obyektləri hədəfə almasından – biz doğma torpaqlara və şəhərlərə hücumları təbii ki, qəbul etmirik və İran hakimiyyətinin yanlışlarının da səbəb olduğu situasiyadan təəssüflənirik – sui-istifadə edənlərin tarixi Azərbaycan ərazilərini qəsb etməyə hazır olduqlarını da yaxşı bilirik. Azərbaycanın hökumət başçısı bəzi iddialara cavabında demişdi ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. Rəqəmlər narahatlığa ehtiyac olmadığını deyir. Ölkə iqtisadiyyatına ziyan dəysə də, gün gələr, aradan qaldırılar, amma dövlətin təhlükəsizliyinə, xalqın rifahına hansısa təhdidin yaranmasının hansı nəticələrə gətirib çıxara biləcəyini ayrı-ayır ölkələrin acı təcrübəsində az görməmişik.

Məsələyə yalnız birtərəfli yanaşmaq qüsurludur. Dövlət öz qərarını verərkən hər bir vətəndaşın taleyini düşünür. Fikirlərinə kifayət qədər etimad etdiyimiz dostlarımızdan birinin dediyi kimi, təsəvvür edin ki, sərhədlər açıq olardı və xurma almağa, müalicə olunmağa, yaxud gəzməyə gedən azərbaycanlılardan bir neçəsi İranda qandallanıb “İsrailə cəsusluğa görə” ittiham olunsaydı, onda vəziyyət necə olardı? İranın Azərbaycana necə “dost” olduğunu son illərdə dəfələrlə görməmişikmi?

Elə bu gün İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan 26 yaşlı şəxs, 2023-cü ilin payızında həbs edilmiş Məhəmməd Əmin Məhdəvi Şayistə edam edilib. İddia olunub ki, o, “Mossad”la əlaqəli kiberqrupun rəhbəri olub. 2023-cü ildə İran İslam Respublikasında “casusluq” ittihamı ilə saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Səfərli Fərid Qabil oğlunu dövlətimiz 18 yanvar 2025-ci il tarixində edamın bir addımlığından xilas edə bildi. Təsəvvür edin ki, indi, İranın bir sıra dairələrində heç bir əsas olmadan Azərbaycanı havaya qalxan dronlara görə ittiham edənlərin kirimədiyi bir vaxtda da hansısa vətəndaşımız şərlənsə, taleyi necə olar. Ona görə də dövlətimizə, liderimizə güvənək, etibar edək, sərhəd qərarı həm də hər bir vətəndaşı xilas qərarıdır. Dövlət səni, məni, onu, hər birimizi qoruyur...

Azərbaycan dövləti təbrizli, ərdəbilli, zəncanlı, mərəndli, hətta tehranlı azərbaycanlıları ayrı-ayrılıqda düşünmür, onların hamılıqla müharibə alovundan sağ-salamat, zərər çəkmədən çıxması üçün Dövlət Ağlı ilə çalışır, işləyir. İsrailə ünvanlanan narahatlıqlar sıradan məsələ deyil. Dövlətimiz İranın vurulmasına, radiasiya təhlükəsinə, azərbaycanlıların taleyinə dair narahatlıqlarını dərhal nümayiş etdirdi. Bu, həm Quzeyi, həm də Güneyin xilas formuludur, alternativi yoxdur.

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see179

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see161

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see146

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see139

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see134

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see130

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see127

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see122

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see119

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see117

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

21 İyun 2025 21:33see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113

UFC: ABŞ dan olan idmançı Bakıda qalib olub FOTO

22 İyun 2025 05:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri