Sərhədçi İdman Mərkəzində karate seminarı və kəmər imtahanları keçirilib FOTO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Sərhədçi İdman Mərkəzində Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə “Kyokuşin (Kay) Senşi Karate” üslubu üzrə qış seminarı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası (AKF) məlumat yayıb.
Bildirilib ki, seminarda ölkənin müxtəlif bölgələrini təmsil edən 300-dək idmançı və 50-dək məşqçi-müəllim iştirak edib. Tədbir zamanı iştirakçılara sözügedən üslubun texniki və taktiki xüsusiyyətləri, döyüş texnikalarının icra qaydaları, eləcə də praktiki məşğələlər zamanı tətbiq olunan müasir metodik yanaşmalar ətraflı şəkildə izah olunub.
Seminarın yekununda kəmər imtahanları da təşkil edilib. Nəticələrə əsasən, ümumilikdə 100-dək idmançı kyu dərəcəsini artırmağa nail olub. Eyni zamanda, 1 nəfər 1-ci dan qara kəmər, 1 nəfər isə 3-cü dan qara kəmər üzrə imtahan verib.
Qeyd edək ki, seminarın əsas məqsədi karate idman növünün ölkədə daha da inkişaf etdirilməsi, idmançı və məşqçilərin bilik və bacarıqlarının artırılması, həmçinin beynəlxalq standartlara uyğun hazırlıq səviyyəsinin yüksəldilməsidir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















