Icma.az
close
up
RU
Sərhəddə növbəti təxribatlar gözlənilir ŞƏRH

Sərhəddə növbəti təxribatlar gözlənilir ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistanda müşahidə “missiyası”nın mandatının iki il uzadılmasında qaranlıq məqamlar görünür


Avropa İttifaqı (Aİ) Şurası Ermənistandakı müşahidə missiyasının mandatını iki il  - 19 fevral 2027-ci ilədək uzatdı. Qurum bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılmasına da qərar verdi. Missiyanın tərkibində Kanada da daxil olmaqla 25 ölkəni təmsil edən beynəlxalq və yerli heyətdən ibarət 200-dən çox əməkdaş yer alır. Şübhə yox ki, sözügedən qərar ittifaqın bölgə ilə bağlı maraqlarının təzahürüdür. Missiyanın əvvəki illərdəki fəaliyyətindən aydın olur ki, Aİ regional sülh və sabitlikdə maraqlı deyil. Aİ missiyası 2023- cü ildə Ermənistanda yerləşdirilib və müntəzəm olaraq genişlənir. Guya missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək idi. Buna baxmayaraq, ötən müddət ərzində missiyası konstruktiv davranışdan daha çox, kəşfiyyat- diversiya fəaliyyəti ilə məşğul oldu. Missiya 2023-cü ildən bəri regional sabitliyin təmin olunmasından daha çox, gərginliyə rəvac verib. Missiyanın fəaliyyətinin uzadılması belə düşünməyə əsas verir ki, Aİ regionla bağlı çirkin planlarından əl çəkməyib. Gələcəkdə də bölgə ilə destruktiv mövqeyini davam etdirməkdə israrlıdır. 


Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, indiki şəraitdə Aİ missiyasının müddətinin uzadılmasını həm Ermənistanın, həm də Qərbin baxış bucağı kontekstində dəyərləndirmək lazımdır. Deputatın sözlərinə görə, Nikol Paşinyanın sülh müqaviləsinin razılaşdırılmamış maddəsi ilə, yəni "üçüncü qüvvələrin iştirakı" kontekstində irəli sürdüyü iddia, yaxud təklif və təşəbbüs nəticə etibarı ilə Ermənistanın baxış bucağını ortaya qoyur:


"Bəyan edilir ki, missiya delimitasiya olunan ərazilərdən çəkilir. Bu, onu deməyə əsas verir ki, Ermənistan qondarma missiyaya təzyiq elementi kimi baxır. Yəni missiya delimitasiya prosesində faktiki olaraq onun tərəfindən çıxış edəcək və çətir rolunu oynayan bir təzyiq aləti olacaq. Təbii ki, Avropa İttifaqı da Nikol Paşinyana, eyni zamanda Ermənistana münasibətindən irəli gələrək hakimiyyətə gətirdiyi siyasi qüvvəni müdafiə etmək üçün prosesi davam etdirmək niyyətindədir. Daha çox praqmatik məqamlara diqqət çəkmək istəyirəm. Nə üçün indiki şəraitdə missiyanın müddəti 2027-ci ilədək uzadılıb? Burada Ermənistan konstitusiyası ilə bağlı Paşinyan tərəfindən səsləndirilən məqamı da nəzərə almaq lazımdır. Ermənistan öz Konstitusiyası ilə bağlı referendumu 2027-ci ildə keçirməyi nəzərdə tutur. Müşahidəçilərin hazırkı dövrdə oradan çıxması onlar tərəfindən erməni cəmiyyətinə müəyyən mesajın verilməsi kimi qiymətləndirilə bilər. Həmçinin, nəticə etibarı ilə sülh müqaviləsinin imzalanması da eyni mesajın verilməsi kimi qiymətləndirilə bilər".


Parlament üzvü vurğulayıb ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Görünən odur ki, Avropa İttifaqı da, Ermənistanı himayə edən qüvvələr də Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar: 

"Bu istiqamətdə Paşinyanın siyasi hakimiyyətinin ömrünü uzadan və ona qarşı hansısa revanşçı meyillərə zəmin yaratmayacaq addımların atılmasında maraqlıdırlar. Nikol Paşinyanın Aİ missiyası ilə bağlı açıqlamasına baxsaq, prosesin faktiki olaraq sərhədlərin delimitasiyası ilə əlaqələndirilməsindən söhbət gedir. Əslində, provokasiyasının təməlində dayanan aspektlərdən biri budur. Mən təzyiq aləti ifadəsini də işlətdim. Nə üçün missiya həmin bölgədə yerləşib? Təsəvvür edin ki, Azərbaycanla Ermənistanın 994 km.lik sərhədi hələ razılaşdırılmayıb. Mürəkkəb relyefi də nəzərə alsaq, kifayət qədər zaman lazımdır ki, delimitasiya prosesi aparılsın. 2027-ci ilədək missiyanın oradan çıxması gözlənilmir. Deməli, vaxt uzanacaq və bu müddət ərzində onlar həmin ərazidə hərbi mövcudluqlarını təmin edəcəklər. Yaxud delimitasiya prosesinin hansısa mərhələsində Ermənistanın hansısa iddialar irəli sürəcəyi təqdirdə həmin təzyiq mexanizmləri işə düşəcək. Sərhəddə növbəti təxribatlara əl atacaqlar. Azərbaycan adekvat şəkildə onlara cavab vermək məcburiyyətində qalacaq. Bundan sonra bəhanə yaratmaq generatorları işə düşəcək. Azərbaycana qarşı yeni kampaniyaların başlanmasına zəmin yaradacaqlar. Ənənəvi qaydada eyni siyasətin davam etdiyinin şahidi oluruq". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri