Icma.az
close
up
RU
Sərhəddə silahlar susdu, Modi bəyanat verdi Münaqişə ilə bağlı təhlükəli anons

Sərhəddə silahlar susdu, Modi bəyanat verdi Münaqişə ilə bağlı təhlükəli anons

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Hindistanın Baş naziri Narendra Modinin “Sindur” əməliyyatının başlanmasından sonra xalqa ilk müraciətində verdiyi bəyanatlar diqqət çəkib. O, hələlik Pakistana zərbələrin dayandırıldığını və bundan sonra İslamabadın addımlarından asılı olaraq hərəkət ediləcəyini söyləyib.

Baş nazirin açıqlamasına baxmayaraq sərhəddə gərginliyin davam etdiyi bildirilir. Lakin Hindistan Cammu və Kəşmir bölgəsində baş verən terror aktından sonra Pakistana qarşı tətbiq etdiyi bir sıra qadağaları aradan qaldırıb və bu ölkəyə su axını bərpa edib. Bu da birbaşa qarşıdurmanın sakitləşməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Münaqişə yaxın zamanda yenidən alovlana bilərmi? İki ölkə arasında sabitliyin qorunması üçün hansı məqamlara diqqət edilməlidir?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Pakistan-Hindistan münaqişəsinin tarixi köklərinə nəzər yetirdikdə tərəflər arasında davamlı sülhün indiki məqamda qeyri-mümkün olduğunu aydın şəkildə müşahidə etmək olur:

“Xüsusilə də son gərginlik iki dövlət arasında hərbi qarşıdurmanın regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr yarada biləcəyini göstərdi. İki tərəfin nüvə gücü olmasını nəzərə aldıqda, qarşıdurmanın niyə bu qədər narahatlıq doğurduğu daha aydın olur. Nəhayət ki, 10 may tarixində ABŞ-ın vasitəçiliyi və təşəbbüsü ilə Hindistanla Pakistan arasında atəşkəs əldə edildi. Amma bu atəşkəsin uzunmüddətli olmasına dair ciddi şübhələr var. Hətta Hindistanın Baş naziri Narendra Modi atəşkəsi “müvəqqəti dayanma” olaraq qiymətləndirdiyini də bildirib. Məhz buna görə, artıq hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham etməyə başlayıb. Amma ittihamların heç biri təsdiqini tapmadı”.


Aytən Qurbanova

Politoloqun sözlərinə görə, ümumilikdə atəşkəsin əldə edilməsi müsbət addım olsa da, Dehli və İslamabad arasında qarşılıqlı ittihamların davam etməsi tərəflərin kəskin ziddiyyətli mövqeyə sahib olduğunu göstərir:

“Bu halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə əldə edilən hər hansı razılaşma davamlı sülhün zəmanəti ola bilməz. Ona görə də münaqişə tərəfləri mütləq şəkildə birbaşa dialoq və etimad qurma prosesinə başlamalıdır. Əks halda Hindistan-Pakistan gərginliyinin bir neçə onillikləri əhatə edəcək dövrə yayılacağı və hətta genişmiqyaslı hərbi qarşıdurmaların olacağı ehtimalı istisna edilmir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri