Icma.az
close
up
RU
Ukraynadakı münaqişə ilə bağlı SSENARİLƏR TƏHLİL

Ukraynadakı münaqişə ilə bağlı SSENARİLƏR TƏHLİL

Icma.az, Sia Az-ə istinadən bildirir Ukraynadakı münaqişə ilə bağlı SSENARİLƏR TƏHLİL.

Rusiya-Ukrayna müharibəsinin, münaqişənin nə zaman və necə bitəcəyi dünya ictimaiyyətini maraqlandırır. Xüsusən də Amerika Birləşmiş Ştatlarında yeni seçilən prezident Donald Tramp hələ seçilməzdən öncə bununla bağlı, daha dəqiq desək, 24 saat ərzində “məsələni həll edəcəyi” barədə vədlər verməsi fonunda həmin münaqişə və onun aqibəti diqqətlə izlənilir. Əgər ABŞ sözügedən münaqişəyə bu vaxta qədər “biganə” qalmayıbsa, proseslərdə Avropa ölkələrinin də “barmağı” olubsa, beləliklə də dünya düzəninə həmin münaqişə təsirsiz ötüşmürsə, deməli, insanların bununla bağlı maraqlanmaları və diqqətlə izləmələri tamamilə məntiqidir. Təbii ki, ortada olan suallar da kifayət qədərdir və həmin sualların yaranması da səbəbsiz deyil. Hər halda, ortada olan ssenarilər, yaxud ssenarilərin olub-olmaması maraq doğurmaya bilməz.

Verilən vədlərə görə münaqişənin ən tez zamanda bitəcəyi daha səbirsizliklə gözlənilir və ortaya çıxan suallar da bu səbirsizlik səbəbindəndir

Amerikanın yeni seçilən prezidentinin vədlər verməsindən və onun seçkidə qələbə qazanmasından sonra insanlar həmin vədlərə görə münaqişənin ən tez zamanda bitəcəyini daha səbirsizliklə gözləyirlər və elə suallar da bu səbirsizlik səbəbindəndir. Dünya ictimaiyyətini düşündürən suallar kifayət qədərdir. Həqiqətən də maraqlıdır, görəsən, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın tələb etdiyi kimi cəbhəni sabitləşdirə biləcəkmi? Ümumiyyətlə, amerikalıların münaqişəni həll etmək planı varmı? Daha bir məntiqi sual ortaya çıxır ki, bəs nə üçün Trampın bu münaqişəni 24 saat ərzində başa çatdıracağı barədə dediklərinin ardınca, hələ də münaqişə davam edir? Bəs niyə indi də münaqişənin yüz gün ərzində bitiriləcəyi barədə danışılır? Bəli, bu suallar tamamilə məntiqi suallardır və həmin bu məntiqi suallara cavab tapmağa çalışdığımız zaman “bəzi məqamlara” diqqət etməyə ehtiyac duyulur.

ABŞ cəbhə xəttini sabitləşdirməyin nizamlanma üçün vacib olduğu qənaətindədir

“Cəbhə xəttini sabitləşdirmək vacibdir ki, hansısa nizamlanma başlasın”, deyə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals bildirib. Doğrudur, həqiqətən də cəbhə xəttini sabitləşdirmək lazımdır, amma görəsən, sabitləşdirmək planları ancaq ideya olaraq ortaya atılıb, yoxsa hansısa addımlar atılacağı gözləniləndir? Eyni zamanda, nizamlanma məsələsi üzərində hansısa fəaliyyət varmı? Məsələ burasındadır ki, hələ də fəaliyyət dediyimiz ancaq sözdən ibarətdir. Belə sözləri dünya ictimaiyyəti kifayət qədər eşidib. Bir-birinin ardınca səsləndirilən fikirlər olduqca çoxdur, amma hələ də münaqişənin davam etməsi fonunda həmin fikirlər bir qədər mənasız səslənir.

Cəbhənin sabitləşdirilməsindən davamlı şəkildə danışan ABŞ adminstrasiyası, yenicə seçilən prezidenti Tramp və onun müşavirləri Ukraynaya birbaşa siqnallar verdiyi barədə xəbərlər eşidirik. Ələlxüsus da, geri çəkilmə ehtimalının, Rusiya ordusu tərəfindən yeni ərazilərin ələ keçirilməsinin qarşısını almaq üçün bütün cəbhəni, təmas xəttini tərk etmək barədə mesajların olduğu barədə Rusiyaya məxsus mətbuat səhifələri yazır. Qeyd olunur ki, bu mesaj da məhz qarşıda “danışıqlar prosesi” olduğu ilə əlaqələndirilir.

Cəbhə xəttində hələ də arzuolunmaz vəziyyətin olması ilə bağlı həyəcan təbili çalınır

Amerikanın “Forbes” nəşrinə görə, Pokrovska göndərilən 157-ci briqada dağılır. Nəşr belə hesab edir ki, təcrübəsiz komandirlər, zirehli texnikanın olmaması və aşağı əhval-ruhiyyə əsgərlərin kütləvi şəkildə fərarilik etməsinə səbəb olur. Xatırladılır ki, oxşar hadisə daha əvvəl 1700 nəfərin qaçdığı 155-ci Anna Kiyevskaya briqadası ilə bağlı baş vermişdi. Hər halda, “Forbes” belə bir qənaətə elə məhz bu səbəbdən gəlib. Yəqin ki, cəbhə xəttindəki “vəziyyət” barədə nəşrin kifayət qədər məlumatı var deyə tam açıq şəkildə belə bir mövqe sərgiləyir. Belə çıxır ki, sözügedən mətbu orqan Ukraynanın hazırlıqsız olması qənaətindədir və qeyd olunanlar da bunun təzahürüdür.

Onu da diqqətə çatdıraq ki, ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken vəzifəsindən getməzdən əvvəl bu rakursda özünəməxsus şəkildə ifadələr səsləndirmişdi. O, qeyd etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin ən çox döyüş qabiliyyətinə malik ehtiyatları Rusiya ilə sərhəd bölgəsində hələ də “köhnəlməkdə”dir. Qeyd olunur ki, Kursk avantürası Kiyevə ilk növbədə danışıqlarda mövqeyini gücləndirmək, əvəzində Rusiyadan bəzi ərazilər almaq üçün sövdələşmə baxımından lazımdır. "Ukraynanın Kursk bölgəsindəki mövqeləri olduqca vacibdir. Təbii ki, bu, baş tuta biləcək danışıqlarda nəzərə alınacaq bir şeydir", deyə ABŞ-ın keçmiş dövlət katibi etiraf da edib. Heç şübhəsiz ki, onun bu etirafları səbəbsiz deyildi və belə çıxır, deyilənlər həqiqəti əks etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, cəbhə xəttində hələ də arzuolunmaz vəziyyətin olması ilə bağlı həyəcan təbili çalınır.

Ukraynalıların yenidən səfərbər olunması ssenarisi də var və buna görə həvəsləndirmə planlaşdırılsa da heç də hamı bu vədlərə inanmır

Bəs Ukrayna Silahlı Qüvvələri danışıqlardan əvvəl cəbhəni necə sabitləşdirəcək, təmas xəttini necə tərk edəcək? Cavab eyni zamanda Tramp administrasiyası tərəfindən verilir və bildirilir ki, kadrlarla bağlı problemləri həll etmək üçün çağırış yaşını aşağı salmaq lazımdır. "Çağırış yaşı indi 18 yox, 25-dir. Məncə, çoxları Ukraynanın yüz minlərlə yeni əsgəri səfərbər edə biləcəyini dərk etmir", deyə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Maykl Vals bildirib. Bu isə onu göstərir ki, ukraynalıların hələ yenidən səfərbər olması ssenarisinin olması da mümkündür.

Zelenski hələ də müqavimət göstərir və gəncləri səfərbər etmək üçün də hazırlıqlar artıq gedir. Kiyevdə Ukrayna Silahlı Qüvvələrinə çağırışla bağlı yeni qaydalar da açıqlanıb. Zelenskinin ofisi bir-birinin ardınca çoxlu sayda təklifələrlə çıxış edir. Könüllü olaraq orduda xidmət etməyə qərar verən 18-25 yaş arası kişilərin maddi, o cümlədən digər istiqamətlərdə həvəsləndirilməsi də planlaşdırılır. Amma Ukraynanın özündə heç də hamı bu vədlərə inanmır.

Heç də müharibəyə cəlb olunmalı, səfərbər edilməli olan gənclər kifayət qədər deyillər və cəbhəyə gedənlər gedib, qalanları Avropaya qaçıblar

"Onlar pul, pulsuz təhsil, bir çox başqa şeylər vəd edirlər. Amma könüllü şəkildə olmadığı halda bu, məcburi şəkildə də olmayacaq", deyə ekspertlər düşündüklərini gizlətmirlər. Bir çox ukraynalı ekspertlər gənclərin lazımi təlim keçmədən cəbhəyə atılacağından narahatdırlar. "Biz indi əksəriyyəti, ilk növbədə, orduda xidmət etməyən nəsillərlə, gənclərlə qarşılaşırıq. Kobud desək, gənci səfərbər etmək üçün ona ən azı tam hərbi ixtisas verilməlidir, əks halda bu, bağışlayın, gəncləri məhv etmək üçün səfərbərlik olacaq", deyə ukraynalı politoloq Andrey Ermolayev qeyd edib.

Çox güman ki, növbəti hücum briqadalarını gənc yeniyetmələrdən hazırlamaq planları və ssenariləri qurulur. Ukrayna Silahlı Qüvvələrinin piyadalara ciddi ehtiyacı var. Amma bu “ehtiyacın” ödənilməsi üçün yetərincə gənc varmı? Bax elə bu sual yerində yaranır və həqiqətən də düşündürücüdür. Əslində, politoloqların qənaətinə görə heç də müharibəyə cəlb olunmalı olan, səfərbər edilməli olan gənclər kifayət qədər deyillər. "Ukraynanın indi buna nail olacağı ehtimalı azdır, çünki sadəcə olaraq 18 yaşlı oğlanlar o qədər də çox deyil. Cəbhəyə getmək istəyənlər çoxdan gediblər, amma bu ölkədən Avropanın müxtəlif ölkələrinə çoxdan qaçanlar da az deyil", deyə politoloq Şatunov çox aydın şəkildə bildirir və lazımi xatırlatma edir.

Cəbhə xəttində vəziyyət “sınağa çəkilir” və analiz edilməsi baxımından da belə bir ssenarinin olması mümkün sayılır

Maraqlıdır ki, görəsən, Kiyev danışıqlardakı mövqeyini necə “gücləndirməyə” çalışır? Bu arada Kiyev Rusiyaya zərbə endirməklə danışıqlarda mövqeyini gücləndirmək istəyir. Ukrayna Silahlı Qüvvələri hər gün onlarla pilotsuz təyyarə buraxır. Görüntülərdə zenitçilərin Smolensk səmasında pilotsuz təyyarəni vurması əks olunub. Dağıntılar düşəndən sonra çoxmərtəbəli binalardan birində yanğın başlayıb. Daha bir “cihaz” yerli mağazanın yaxınlığında partlayıb. Belə çıxır ki, hələ də Ukrayna tərəfi hücum haqqında da düşünür və buna da ABŞ ən azından bu günə qədər “biganə” qalmayıb, əksinə, bəlkə də cəbhə xəttində vəziyyət hələ də amerikalılar tərəfindən sınağa çəkilir. Yəni, cəbhə xəttində qarşı tərəfin sınağa çəkilməsi də ssenarilər arasında ola bilər. Hər halda, “araşdırma”, eyni zamanda qüvvələr nisbətinin və ümumiyyətlə, vəziyyətin analiz edilməsi baxımından da belə bir ssenarinin olması mümkün sayılır.

Diqqətə çatdıraq ki, Ukrayna Silahlı Qüvvələri Amerikanın HIMARS qurğularından istifadə etməklə sərhədyanı əraziləri atəşə tutur. Sursata qənaət də edilmir, hətta təkcə hərbi obyektlərə deyil, mülki obyektlərə də zərbələr endirilir. Bəlkə də elə hesab edilir ki, bununla hansısa “təsir” mümkün ola bilər. Bəli, sirr deyil ki, 2024-cü ildə məhz sözdə olmaqla, danışıqlar zamanı mövqeyini gücləndirmək üçün Zelenski Bayden administrasiyasından Rusiya bölgələrinə raket zərbələri endirmək üçün “icazə” də alıb. Amma görünən odur ki, bu cür hücumların cəbhə xəttindəki vəziyyətə heç bir təsiri yoxdur və hətta özü üçün sülhməramlı rolunu, imicini formalaşdıran Donald Trampın “işini” də çətinləşdirə bilər. O, artıq etiraf edib ki, Amerika silahları ilə zərbə endirmək qərarına yenidən baxa bilər. Yəqin ki, onun bu etirafı heç də təsadüfi deyil, məhz qeyd olunan kimi, heç bir təsirin olmaması, eləcə də işinin daha da çətinləşdirilməsi ilə əlaqədardır.

Münaqişənin bircə sutkaya həllinin mümkünsüzlüyü fonunda ssenarilər arasında 100 gün variantı, ssenarisi çox güman ki, elə əvvəldən olub

Son vaxtlar eşitdik ki, Donald Tramp məhz Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqa münaqişəni 100 gün ərzində dayandırmağı tapşırıb. Yəni, 24 saat “söhbəti” indi də 100 günlə əvəz olunub. Belə çıxır ki, Kiyevin cəbhəni sabitləşdirməsi üçün hələ üç ay vaxtı var. Etiraf edək ki, çox bəsit olmasına baxmayaraq,vəziyyətdən çıxmaq üçün çox iti bir gedişdir. Lakin avropalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin bu vəzifənin öhdəsindən gələcəyinə əmin deyillər. "Cəbhədə vəziyyət qeyri-sabitdir. Məsələ bundan ibarətdir ki, Ukrayna heç bu üç ay ərzində belə “dözə” bilməyəcək", deyə Avstriya Silahlı Qüvvələrinin polkovniki Markus Reisner fikirlərini açıq şəkildə ifadə edib. Deməli, həmin üç ay məsələsi də bir qədər absurd görünür. Hər halda, 24 saat ərzində məsələnin həll edilməsi iddiasının ardınca, bu dəfə də üç ay vaxt qoyulması bir qədər düşündürücüdür, amma həmin üç ay davam gətiriləcəyi bir qədər müəmmalı görünür. Bu isə yenə də suallar doğurur ki, bəs elə isə niyə indi də “üç ay məsələsi” ortaya atılıb? Bu da bir variant, bu da bir ssenari olaraq qəbul edilir, yoxsa, çarəsizlik kimi ortaya atılıb?

Sözsüz ki, indi təkcə amerikalılar, Trampa səs verən seçicilər yox, bütün dünya ondan öz vədinə əməl etməyi, münaqişəni dayandıracağını gözləyir. Özü də unutmaq lazım deyil ki, bircə sutka ərzində, 24 saat müddətində məsələni həll edəcəyini vəd edən birindən bu qədər vaxt ərzində məsələnin hələ də öz həllini tapmaması istənilən anda “sual oluna”, soruşula bilər. Həmin sual qarşısında aciz qala biləcəyini başa düşən Trampın indi də daha nə isə söyləməli olduğu onsuz da gözlənilən idi. Yəni, bəllidir ki, Tramp lap əvvəldən bilirdi ki, bu yekəlikdə məsələni bircə sutkaya onsuz da həll edə bilməyəcək və onun variantları arasında, ssenarilər arasında həmin bu 100 gün variantı, ssenarisi də çox güman ki, elə əvvəldən də olub.

Münaqişəyə son qoymaq üçün ortada olan dörd variant

Ukraynada münaqişəyə son qoymaq üçün dörd variantın olduğu qənaətinə gələnlər var. Doğrudur, Qərb jurnalistləri də Ukraynanın gələcəyi ilə bağlı o qədər də nikbin deyillər, amma həmin variantlar, ssenarilər yenə də “son ümid yeri” olaraq qəbul edilir. Məsələn, Britaniyanın “The Times” qəzeti münaqişəyə son qoymaq üçün dörd variant olduğu barədə yazı dərc edib. Həmin yazıda qeyd olunanlara görə, münaqişəyə son qoymaq üçün olan dörd variantdan ilk ikisi Kiyev üçün ürəkaçan deyil. Beləki, proqnozlara görə, Ukrayna ya Amerika yardımının azalması səbəbindən hərbi məğlubiyyətə uğrayacaq, ya da danışıqlar nəticəsində bəzi ərazilərdən imtina etmək məcburiyyətində qalacaq. Həmin dörd variantdan üçüncüsü atəşkəsdir, hansı ki, bunun baş verəcəyi, mümkün olacağı hələ də sual altındadır. Dördüncü variant isə, Rusiyaya sanksiyalar vasitəsilə təzyiq göstərmək, təzyiqi daha da artırmaq və Ukrayna Silahlı Qüvvələrini silahla daha da gücləndirməkdir. Amma görünən odur ki, ilk iki variant Kiyev üçün ürək açan olmasa da, digər ikisi, üçüncü və dördüncü variant da inandırıcı deyil. Çünki nə atəşkəs barədə proqnoz var, nə də Rusiyaya sanksiyaların bir mənası olmadığı dəfələrlə öz təsdiqini tapıb. Hər halda, bu qədər təzyiqlərə əhəmiyyət verməyən Rusiya üçün daha hansısa təzyiq və bunun təsiri barədə düşünmək sadəlövhlük olardı.

Əlbəttə ki, ssenarilərin olması hələ dəqiq planın olması demək deyil və dəqiq plan olsaydı, məsələ indiyə qədər uzanmazdı

Bundan sonra “işlərin” necə gedəcəyi, münaqişənin dayandırılması ilə bağlı məsələnin nə yerdə qalacağı hələ məlum deyil. Ələlxüsus da əgrə Tramp seçki kampaniyası zamanı söz verdiyi kimi, döyüşləri 24 saat ərzində dayandıra bilməyibsə, deməli, məsələ bir qədər qəlizləşib. Yəqin ki, ortada olan fikirlər də məsələnin qəliz olduğunu demək üçün əsas verir. “Ən azı üç ay lazımdır”, fikri məhz onu deməyə əsas verir ki, Amerika prezidentinin münaqişənin həlli ilə bağlı dəqiq planı da yoxdur. Sözsüz ki, ssenarilər ola bilər, amma bu hələ o demək deyil ki, dəqiq plan da var və üzərində çalışılır. Xeyr, əgər dəqiq plan olsaydı, məsələ indiyə qədər uzanmazdı. Ən azından Tramp seçki öncəsi verdiyi vədi dərhal yerinə yetirməklə, bir “xal” qazanmaq istəyərdi. Qazana bilməyibsə, deməli, “həll işi” heç də amerikalıların düşündüyü qədər bəsit deyilmiş. Əgər “bəsit” olsaydı, üç ay yox, üç gün, ya da üç həftə deyilərdi. Məsələ burasındadır ki, belə gedirsə, bəlkə də üç il də çəkə bilər. Bunu, münaqişənin həllinin təkcə Trampdan, onun sözündən, vədindən asılı olmamasını və hətta uzun çəkə biləcəyini politoloqlar da qeyd edirlər. "Prezident belə fikirlər söyləyəndə ki, bu münaqişəni qısa zamanda həll edəcək, vətəndaşlarından böyük “dəstək” alır. Məsələ burasındadır ki, “vəzifədə” özü olsa da qərar verən tək o deyil. O, yalnız bütün istəklərini, arqumentlərini və başqa hər şeyi açıq şəkildə bəyan edə bilər, amma qərar vermək ixtiyarı tamamailə başqadır", deyə politoloq Şatunov bildirib. O, bu fikirləri ilə bildirir ki, qərar vermək məqamına gələndə Tramp ancaq öz dili ilə bunu bəyan edə bilər və bu da hələ hər şey demək deyil. Xüsusən də, ona görə hər şey demək olmadığını bildirir ki, qərarın verilməsinin “fərqli” olduğu barədə bilir.

Dəyişiklik yoxdursa, “şərt” hesaba da alınmır və ən doğru ssenari daha mülayim şəkildə sabitlik yaratmaq, nizamlanma prosesinə başlamaqdır

Ukrayna lideri hələ də öz fikirləri ilə fərqli görünür. Belə demək mümkünsə, o hələ də öz aləmindədir. Bəlkə də buna elə xam xəyallar da demək mümkündür. Məsələn, Zelenskinin danışıqlara başlamaq üçün öz şərtləri var. Bu qədər itgilər və dağıntılar fonunda hələ də şərt qoymaq da Ukrayna liderinin ağlından keçir. Bütün dünya ancaq ən tez zamanda Ukrayna ilə bağlı münaqişənin dayandırılması məsələsinin ən vacib olduğu qənaətində olduğu halda, həmin ölkə lideri şərtlə çıxış etməklə, heç də “tələsmədiyi” təəssüratı bağışlayır. Elə zənn etmək olar ki, o, hər şeyə “yaxşı münasibət” bəsləməkdə davam edir və Rusiyanın 2022-ci il sərhədlərinə necə qayıtması barədə də buna görə danışır.

"Ukrayna danışıqların ədalətli olmasını təmin etmək üçün hər şeyi edəcək və ədalətli olmaq da o deməkdir ki, düşmən ən azı genişmiqyaslı “işğaldan” əvvəl olduğu xəttə qayıdacaq", deyə Zelenski bildirib. Hər halda, münaqişə tərəflərindən olan bir ölkə rəhbərinin bəyan etdikləri, digər tərəfin, digər ölkənin rəhbəri tərəfindən də eşidilib və əgər hansısa dəyişiklik yoxdursa, deməli, “şərt” deyilən heç hesaba da alınmır. Maraqlıdır, bəs “hesaba alınan” nədir və hansı məqamlar qəbul olunan sayılır? Ümumiyyətlə, Rusiya tərəfindən “gözlənilən” nədir? Kreml hansı məqamları nəzərə ala bilər və Zelenskinin dedikləri ilə amerikalıların fikirlərinin üst-üstə düşüb-düşməməsi rəsmi Moskva üçün maraqlıdırmı? Hər halda, Rusiya lideri ABŞ-ın mövqeyini, onun prezidentinin fikrini Zelenskinin mövqeyi və fikri ilə müqaisə belə etməz və Ukrayna liderinin dedikləri yalnız amerikalıların fikirləri ilə üst-üstə düşdüyü zaman “hesaba alına” bilər.

Məsələ burasındadır ki, Ağ Evin də eyni fikirdə, Zelenskinin dediyi fikirdə olub-olmaması böyük sual doğurur. Həqiqətənmi ABŞ adminstrasiyası da eyni “şərt” barədə düşünür? Yəni, Rusiya qarşısında “şərt” qoyulması kimi, amerikalıların bir ssenarisi ola bilərmi? Heç də inandırıcı görünmür. Əvvəla, belə bir “şərt” qoyulası idisə, lap ilk gündən qoyulardı və qəbul olunması da daha çox mümkün hesab edilərdə. Digər tərəfdən də axı ABŞ tərəfi bilir ki, həmin “şərt” məsələni “uzatmaq” deməkdir. İndi dünyanın ən tanınmış ekspertlərinin belə fikrincə, Tramp administrasiyasının cəbhəni sabitləşdirmək, münaqişəni dayandırmaq tələbi məhz Zelenskiyə onun gücünü real qiymətləndirməyə və Rusiya ilə danışıqlara gəldikdə, daha mülayim olmağa işarə etməkdən başqa bir şey deyil. Belə çıxır ki, ortada olan ən doğru ssenari məhz daha mülayim davranaraq, sabitlik yaratmaq, nizamlanma prosesinə başlamaqdır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see327

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see124

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see121

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see120

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see120

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see119

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see118

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see118

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see118

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see118

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see116

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see116

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see116

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see115

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see113

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see111

Torpağın tikinti üçün təyinatı necə dəyişdirilə bilər? Ekspertdən açıqlama

11 Fevral 2025 19:40see110

Apple 18 illik özəlliyindən imtina edir

11 Fevral 2025 15:37see110

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see110

“Böyük Qayıdış”ın işıqlı SİMASI Görülən işlər və perspektivlə

11 Fevral 2025 17:41see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri