Icma.az
close
up
RU
Sərhədimizdəki “casus”ların qaranlıq əməlləri...

Sərhədimizdəki “casus”ların qaranlıq əməlləri...

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-Rusiya yaxınlaşması fonunda AB-nin destruktiv missiyası vaxtından əvvəl bölgədən gedə bilərmi? - rəy

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə (oxu: casus - red.) missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər. Martın 10-da onlar növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, “binokl”la müşahidə aparıblar. “Yeni Müsavat” xatırladır ki, Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. AB missiyasının rəhbəri və 2023-cü ildən ona rəhbərlik edən Markus Ritter işinin “çətinliyi” barədə erməni jurnalistlərə şikayət edib. “Azərbaycanlılar bizi nəinki öz tərəflərinddən lentə alır, hətta bəzən biz tərəfə qışqırırlar”, - Ritter gileylənib.

Bununla belə, o, “vəziyyətin sabit olduğunu, gərginlik riskinin olmadığını” bildirib. Halbuki Ermənistan ordusu şərti sərhəddə məhz AB missiyasının himayəsi altında istehkam və səngər işləri həyata keçirir. Caliber.az isə bildirir ki, sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəallaşıb. Avropalı “müşahidəçilər” sistematik olaraq əraziləri araşdırır, zəif mövqeləri müəyyənləşdirir, Azərbaycan Ordusunun dislokasiyasını təhlil edirlər. Faktiki olaraq, monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürməklə məşğuldurlar ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir.

Nəzərə alsaq ki, Rusiya da bu missiyanın əleyhinədir, Ukrayna müharibəsinin bitməsi və ABŞ-Rusiya barışığı ilə AB missiyasının aqibəti necə olacaq, onun vaxtından əvvəl Ermənistanı tərk etməsi mümkündürmü? Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmamış iki bəndindən biri məhz sərhəddən üçüncü qüvvənin çıxarılması ilə bağlıdır. Xatırladaq ki, AB-nin müşahidə missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, son qərarın dəyişməsi gözlənilmir. Onun fikrincə, missiya 2027-ci ilədək sərhəddə qalmağa davam edəcək. Bununla yanaşı, professor istisna etmir ki, həmin dövrə qədər sərhədlərin delimitasiya edilmiş ərazilərindən həmin kəşfiyyat qrupları çıxa bilər. Q.Hüseynli Paşinyanın da bu təklifi irəli sürdüyünü xatırladır: “Bundan əlavə, Ermənistan gələn il referenduma hazırlaşır. Əgər bu müddət ərzində yekun sülh sənədi imzalansa, sözügedən missiya regionu vaxtından tez tərk edə bilər. Beləliklə, 2027-ci ilə qədər qalmamaları mümkündür. Ancaq ABŞ-Rusiya dialoqunun bərpasının sərhəddəki missiyanın fəaliyyətinə təsir edəcəyi haqda deyilənləri bölüşmürəm”.

Q.Hüseynli bunu iki səbəblə izah edir: “Birincisi, Avropa Birliyinin bu missiyanı yerləşdirməkdə məqsədi Ermənistanda təsirlərini artırmaq və Rusiyanı Cənubi Qafqazda sıxışdırmaqdır. Yəni missiyanın fəaliyyəti Azərbaycanla Ermənistan arasında gərginliyə səbəb olmaqla yanaşı, Rusiyaya qarşı yönəlib. İkinci amil isə ABŞ-la Avropa arasında yaranmış kəskin qarşıdurmadır. Tramp Amerikası ilə Brüsselin problemləri olduqca, Avropa İttifaqı bu missiyanı davam etdirməyə üstünlük verəcək. Üstəgəl, Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarında atəşkəs qarşılığında hərbi yardımların bərpası razılaşdırıldı. O deməkdir ki, ABŞ-Rusiya yaxınlaşması haqda danışmaq tezdir. Gəlin tələsməyək. Hətta Rusiya rəsmiləri də bunu söyləyirlər. Ona görə bu yaxınlaşma olmadıqca da avropalı "casus"lar bölgədə qalacaqlar".

Professorun sözlərinə görə, sadəcə, onların fəaliyyəti anormaldır: “Azərbaycan haqlı olaraq etiraz edir. Bizim dislokasiya məntəqələrini izləmək yolverilməz haldır. Bununla demək istəyirlər ki, guya şərti sərhəddə atəşkəsə nəzarət edirlər, eskalasiya risklərini təftiş edirlər. Yəni şərti sərhəddə ordumuzun dislokasiya məntəqələrinin yerdəyişməsi fonunda guya hərbi bölmələrimiz irəliləyə, Ermənistan ərazisinə girə bilər. Bu da cəfəngiyyatdır. Odur ki, bütün məsələlərin kompleks həlli sərhədlərin delimitasiyasını sürətləndirməkdən keçir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri