Icma.az
close
up
RU
“Geomaqnit fırtınası qalıcı problem yaratmır, sağlam həyat tərzinə diqqət edən insanlar üçün rahat keçir”

“Geomaqnit fırtınası qalıcı problem yaratmır, sağlam həyat tərzinə diqqət edən insanlar üçün rahat keçir”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Elmlər Akademiyasının Kosmin Tədqiqatlar İnstitunun Günəş Astronomiyası Laboratoriyasının veb saytında belə bir məlumat verilib ki, Günəşin koronal dəliyinin təsiri nəticəsində Yer üzündə son 3 ayın ən güclü maqnit fırtınası başlayıb. Məlumata görə, fırtınanın gücü gözlənilməz dərəcədə artıb və hal-hazırda proqnozlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Hesablama nəticələrinə görə, geomaqnit vəziyyətinin pisləşməsi 4-6 gün davam edəcək ki, bu da əvvəlki proqnozlarla üst-üstə düşür.Maqnit qasırğasının insan sağlamlığına təsiri nədir?Qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Bizimyol.info portalına açıqlamasında həkim-terapevt Pənah Pənahov bildirib ki, bu hadisə hətta sağlam insanlarda belə müəyyən yorğunluq və diqqətin dağılmasına səbəb ola bilər.

Dr. Pənah Pənahov / Foto: mercan.az

“Günəşdə baş verən dəyişikliklər bəzən Yer kürəsində maqnit sahəsini sarsıdır və biz bunu “geomaqnit fırtınası” kimi tanıyırıq. Bu hadisə əsasən texnologiyalara təsir göstərsə də, mənim praktikada müşahidə etdiyim kimi, bəzi insanlarda da özünü göstərir.

Adətən ürək-damar və təzyiq problemi olan xəstələr belə günlərdə başağrısı, halsızlıq və yuxusuzluqdan şikayət edirlər. Hətta sağlam insanlarda da müəyyən yorğunluq və diqqətin dağılması ola bilər.

Belə hallarda mən pasiyentlərimə çox sadə, amma təsirli qaydaları məsləhət görürəm:

Gündə kifayət qədər su içmək.Yuxu rejiminə diqqət yetirmək.Açıq havada gəzinti və yüngül fiziki aktivlik.Stresi minimuma endirməkYüksək miqdarda kofe və ağır yeməklərdən uzaq durmaq.Xroniki xəstəliyi olanlar öz müalicələrini pozmamalıdırlar.

Ümumiyyətlə, geomaqnit fırtınası qalıcı bir problem yaratmır, amma sağlam həyat tərzinə diqqət edən insanlar üçün bu dövr daha rahat keçir”.

Qeyd edək ki, bu yazıda paylaşılan fikirlər məlumat məqsədilə paylaşılıb, müalicə xarakteri daşımır. Yazıda qeyd olunan xəstəliyin müalicəsi üçün öz həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri