Icma.az
close
up
RU
Şərifə heç “Şərəf” ordeni də yaraşmır: Orxan Saffari yazır...

Şərifə heç “Şərəf” ordeni də yaraşmır: Orxan Saffari yazır...

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ola bilsin, artıq şablona çevrilib və indi belə söhbətlər etmək yersizdir. Fəqət Azərbaycanda yazıçı olmaq olduqca çətin, məşəqqətli bir hadisədir. Dolayısı ilə sənətə sığınan hər kəs fədaidir. Bu mənada Şərif Ağayar da Azərbaycan ədəbiyyatının həqiqi fədaisidir.

Məsələn, qəfil Şərif Ağayardan soruşmaq lazımdır:

“Özünü bu ölkədə cəmi neçə dəfə yazıçı hiss eləmisən? Heç olmasa, bir əlin barmağını keçirmi? Cəmi beş dəfə olubmu bu hiss əlli illik ömürdə?”

Əlbəttə, olmayıb və çox yəqin, heç olmayacaq da. Sözsüz, bütün bunların obyektiv və subyektiv səbəbləri var.

Yaxud, son dərəcə ədalətli ölkələrdə Şərif Ağayar yazıçı kimi harada olmalıdır, indi haradadır?

O, xırda-para mükafatlar alanda belə özünü necə hiss edib?

Məsələn, ürəyində də demokratik seçkilərin keçirilməsini deməyə qorxan adamlar Şərif Ağayarı “Tərəqqi medalı” aldığı üçün pisləyəndə hansı hissləri keçirib?

Suallar, əlbəttə, bir az da ritorikdir.

Bəlkə də, doğrudur. İndiki şərtlər altında Şərifə heç “Şərəf ordeni”də yaraşmır.

Yetimin əlində qoğal çirkin göründüyü kimi, Şərifin ömründə də çox şey “çirkin” görünür.

Bəs yaxşı, niyə fədailik?

Məsələn, bu ölkədə yazıçı olmaq Şərif Ağayar kimi xarakterli, cüssəli, buxunlu bir Laçın kişisinin hər an boynunu bükə, qəddini əyə, dilini qısa, gözünə də kölgə sala bilər.

Bilər deyəndə, az olmayıb ehtiyac üzündən belə…

Özü də, qəribədir. Ömür elə məhz Şərif kimi, Şərif simada olan adamlar əyiləndə kədərli olur.

Məsələn, bu baxımdan Anarların, Çingizlərin, rəhmətlik Fikrət Qocaların əyilməsi, sınması kədərli deyil.

Anar kimi yazıçı olmağa nə var?

Çingiz Abdullayev xarakterində ömür sürmək nə çətin şeydir? Heç nəyi vecinə almırsan, heç nə səni narahat etmir, vəssəlam.

Kimdir müqəssir? Sistem? İnsanlar?

Əslində, günahkar hamıdır, hər şeydir.

Elə Şərif Ağayar da.

Amma bu ömrə, bu günə, bu ədəbiyyata qıraqdan baxanda deyirsən:

Nə yaxşı ki, Şərif var, nə yaxşı ki, Şərif də yazır və biz onunla dostuq.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri