Icma.az
close
up
RU
Şəxsiyyətə toxunmaq olarmı? Orxan Saffari yazır

Şəxsiyyətə toxunmaq olarmı? Orxan Saffari yazır

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Adətən, kimisə tənqid edən zaman “Şəxsiyyətə toxunmaq olmaz” kimi arqument gətirən adamların özlərinin də hansısa formada şəxsiyyət problemi olur. Bu narahatlıq da məhz həmin narahatlığın təzahürüdür.

Birmənalı və qeyd-şərtsiz şəkildə başa düşmək lazımdır ki, ictimai-siyasi fiqurun şəxsiyyəti tənqid obyektidir.

İncəsənət adamları, yəni yazıçılar, şairlər, aktyorlar, musiqiçilər və ümumən ictimai nüfuz sahibi olan şəxslər tənqid edilərkən tez-tez bir “mənəvi sipər” işə düşür: “şəxsiyyətə toxunmaq olmaz”.

Bu cümlə ilk baxışdan etik və humanist səslənsə də, əslində, çox vaxt tənqidi boğmaq, məsuliyyətdən yayınmaq və ictimai müzakirəni susdurmaq üçün işlədilən rahat bir formuldur. Sual budur: doğrudanmı şəxsiyyətdən yazmaq olmaz? Yoxsa bu, bilərəkdən və ya bilməyərəkdən yaradılmış mifdir?

Ədəbiyyat və incəsənət tarixində “şəxsiyyət” və “yaradıcılıq” anlayışlarını tam ayırmaq cəhdləri olsa da, bu ayrılıq heç vaxt mütləq və yekdil qəbul edilməyib. Roland Barthes-in məşhur “Müəllifin ölümü” tezisi belə, müəllifi tamamilə mətnin xaricinə atmaq iddiasında olsa da, sonrakı ədəbi-nəzəri müzakirələr göstərdi ki, müəllifin sosial mövqeyi, dünya görüşü, psixoloji strukturu və həyat təcrübəsi mətndən tam silinmir. Əksinə, çox zaman mətnin alt qatlarında özünü daha güclü şəkildə büruzə verir.

Burada bioqrafik tənqid anlayışı ortaya çıxır.

Bioqrafik tənqid müəllifin həyatını, davranışlarını, etik seçimlərini və sosial münasibətlərini onun yaradıcılığını anlamaqda açar kimi istifadə edən legitim bir ədəbi metoddur. Bu metodun mövcudluğu təkbaşına onu sübut edir ki, şəxsiyyət ədəbiyyatda və incəsənətdə “toxunulmaz zona” deyil.

Xüsusilə ictimai-siyasi fiqurlar və ya cəmiyyətə təsir gücü olan incəsənət adamları məsələsində “şəxsiyyətə toxunmaq olmaz” iddiası daha da problematikdir. Çünki ictimai fiqur olmaq könüllü və şüurlu seçimdir. İnsan öz sözünü, mövqeyini, ideyasını və simvolik kapitalını cəmiyyətin qarşısına çıxarırsa, artıq o, təkcə fərdi yox, həm də ictimai subyektdir.

İctimai subyektin isə şəxsiyyəti onun fəaliyyəti ilə ayrılmaz şəkildə bağlıdır. Bir yazıçının susqunluğu, konformizmi, yaltaqlığı və ya cəsarəti sadəcə “şəxsi xüsusiyyətlər” deyil, onun mədəni prosesdə tutduğu mövqenin tərkib hissəsidir. Belə hallarda şəxsiyyətdən yazmaq şəxsi həyata müdaxilə yox, ictimai məsuliyyətin təhlilidir.

Burada çox vacib bir fərq var: şəxsiyyətə söymək ilə şəxsiyyəti tənqid etmək eyni şey deyil. Etik tənqid şəxsin xarakterini, davranış modelini və ictimai mövqeyini arqumentlərlə analiz edir. Bu, nə təhqirdir, nə də linç. Əksinə, bu, düşüncə və vicdan mühakiməsidir.

Əgər bir şair illərlə ədalətsiz ədəbi sistemin içində yer alıb, gənc istedadların qarşısında sədd olubsa, onun “şəxsiyyətindən yazmaq” tamamilə haqlıdır. Çünki burada söhbət onun evdə necə ata olmasından yox, ictimai mühitdə necə insan olmasından gedir.

Ədəbiyyat yalnız gözəl cümlələr, metaforalar və estetik formalar deyil. Ədəbiyyat həm də etik mövqedir. Yazıçının şəxsiyyəti onun qorxuları, susqunluğu, cəsarətsizliyi və ya əksinə, prinsipiallığı məhz bu etik mövqenin real göstəricisidir. Bu baxımdan, şəxsiyyətdən yazmaq, əslində, ədəbiyyatın vicdanını qorumaq cəhdidir.

Əgər biz “şəxsiyyətə toxunmaq olmaz” deyərək hər cür davranışı toxunulmaz elan etsək, o zaman sənət adamını müqəddəsləşdirər, onu adi ictimai məsuliyyətdən azad etmiş olarıq.

Bu isə nə ədəbiyyata, nə də cəmiyyətə xeyir gətirir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri