Icma.az
close
up
RU
Sərin adamları günün altına...

Sərin adamları günün altına...

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Vasif SÜLEYMAN

Sərin adamları günün altına...

və yaxud

60 illik yubileyi tamam olan İbrahim Rüstəmlinin oxucusu olmaq da məsuliyyət tələb edir

Onun haqqında respublikanın əməkdar jurnalisti, əvəzolunmaz şair, nasir deyib də təbrik etmək olar. Amma, deyəcəklərim var.
… Başlığa çıxardığım misra da onundur. Və nəyə görə poeziyasından başladım. Səbəbi çox sadədir. Bizim İbrahim Rüstəmli (o vaxtlar şeirlərini “İbrahim Yergöy imzası ilə yazırdı) ilə dostluğumuz, onun ecazkar qələmindən heyrətlənməyimiz - hələ keçən əsrin səksəninci illərinin sonunda M. Ə. Sabir adına mərkəzi şəhər kitabxanasında fəaliyyət göstərən “Pərvanə” ədbi məclisinə unudulmaz, mərhum şairimiz Musa Ələkbərlinin rəhbərlik etdiyi dönəmlərdən başladı. O zamanlar idi ki, İbrahim “Pərvanə” ədbi məclisində şeir oxuyanda bizi bir heyrət çevrəsinə salmışdı:
Baxıb gör üzündən hey oğrun-oğrun,
Günəş qızdırmağa yer gəzir indi.
Mayası günəşdən yoğrulanların,
Çoxu öz qınından gen gəzir indi –
Sərin adamları günün altında.

Elə ilk oxuduğu şeirin adı hamının diqqətini çəkdi: SƏRİN ADAMLAR GÜNÜN ALTINA... Hamını ilk əvvəl bu düşündürdü, - şair niyə belə deyir... Amma yenə də o zaman ağlımıza gəlməyən bir düşüncə ilə şeiri tamamlayan İbrahim özü hər şeyə aydınlıq gətirmişdi:
Soyuq ürəklilər, buz baxışlılar,
Torpağa ömürlük qış gətirəcək –
Sərin adamları günün altına.

Və beləcə, o vaxtdan o zamanın oxucuları kimi mən də İbrahimi sevməyə başladım, o sevgi bu günəcən davam edir.
İbrahim Yergöyün bütün şeirlərinin mayasında ÜRƏK, insana SEVGİ, dünyada yaxşı olmayan hər şeyə ÜSYAN var:
Sən kimsən, nəçisən ki, sənsiz yaşamaq olmur,
Axı səndən kənarda niyə dura bilmirəm?..
Masamdakı dəftərə, əlimdəki qələmə,
Sinəmdəki ürəyə yiyə dura bilmirəm!..

Harda qaldı günlərim, hər anı əzab kimi,
Hansı yellər apardı bu darısqal ömrümü!?
Unudulmuş xatirə, oxunmuş kitab kimi,
Həyatımı varaqla, yadıma sal ömrümü...

İbrahimin əsərlərində təsvir olunan nə varsa sevgidən yaranıb. Vətən də, Vətəni var edən oğullar da, qurumuş budaqdakı təzə-tər yuva da:
Qurumuş budaqda təzə-tər yuva,-
Göylərə açılan körpə bir ovuc...
Gecdi sevilmək də, sevmək də daha...
Nifrəti də qorxunc, eşqi də qorxunc,
Bəndəsiz Tanrı tək ömürdən doyan,
Dərə aşa-aşa, dağ keçə-keçə,
Yarəb, bir kimsəyə Vətən olmayan,
Qadın gözlərindən doğulur gecə...

Əməkdar jurnalist, polkovnik-leytenant İbrahim Rüstəmlinin təkcə “Azərbaycan ordusu” qəzetindəki fəaliyyəti bir igidin fəaliyyəti qədər zəngindir. Təkcə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin həyat və döyüş yolundan bəhs edən “Sərkərdə” kitabı böyük bir mərhələdə hər kəsə örnək ola biləcək qəhrəmanlıq səlnaməsidir.
Publisistikanın, nəsrin poetikası deyilən şeyin nə olduğunu mən İbrahim Rüstəmlinin QƏLƏMİndən öyrəndim. Onun güllələnmiş XALÇAsında da, lənətlənmiş QIFILında da belə idi, bu gün sosial şəbəkələrdəki publilisistik yazılarında da belədir. “Döyüşən açarlar” bəlkə də illər öncə lənətlənən QIFIL labirintinə yol axtarırlar... Bu bəlkələrdən qurtulmaq üçün İbrahim müəllimin, hətta ara-sıra da olsa paylaşımlarını diqqətlə oxumaq lazımdır. Çünki onların heç birində sadəcə olaraq gözucu oxumaq üçün cümlə belə tapammazsan... Bir də ki, onun qələmə aldığı əsərlərin dili, çəkilən tablolar, ürək göynədən təsvirlər onsuz da ötəri oxumağa imkan verməyəcək...
İbrahim Rüstəmlinin içində olan ən böyük qüvvə VƏTƏN EŞQİdir. O eşq ki, yolun başlanğıcına İbrahimi gətirib, yolun ortasında onu qoruyub və bu gün də yola onunla davam edir. Yenə özü demiş:
Mən özümdən keçirəm, düşmən gülləsi məndən!..
Elə utanıram ki, saçlarındakı dəndən,
Gözlərindəki nəmdən, qurban olum, ağlama!
Geriyə bir qarış da yoxdu yolum, ağlama!..

İbrahim Rüstəmlinin publisistikasında olduğu kimi, nəsr əsərlərində də Qarabağ savaşı, torpaqlarımızın müqəddəsliyi uğrunda gedən mübarizələr ön sırada durur. “Qıfıl” adlı nəsr kitabında gedən povestlərdə Qarabağ ağrısı, İbrahimin vətəndaş mövqeyi var, ən əsası da onun gözəl nəsr dili var... QIFILın açarı diqqətli oxucunun əlindədir. Kitabdakı “Xalça“ və “Qıfıl” povestlərində Vətən müharibəsinin ağrı-acılarını oxunaqlı bir dillə təsvir edir. Milli azadlıq hərəkatı başlayandan, torpaqlarımıza soyuq nəzərlər dikiləndən yaxın vaxtlara kimi, Qarabağ savaşını özündə əks etdirən tək-tək nəsr əsərləri yazılmışdı. Bu baxımdan İbrahimin “Qıfıl” kitabı bu boşluğu xeyli dərəcədə doldura bildi.
Heç bir mübaliğəsiz -filansız, son illər sosial şəbəkələrdə ən çox oxunan, izlənən paylaşımlar İbrahim Rüstəmlinin paylaşımlarıdır. Mən bunları sadəcə bir neçə saatdan sonra oxucunun hafizəsindən silinən paylaşım yox, hər birini bir ƏSƏR adlandırmışam dəfələrlə. İbrahim Rüstəmli “Azərbaycan ordusu” qəzetindəki əvəzolunmaz fəaliyyətini, sonralar sosial şəbəkələrdə, internet resurslarında davam etdirdi və bu gün də eyni şövqlə fəaliyyət göstərir. “Günəşin altında kölgəsiz adam”, “Döyüşən açarlar”, “Mən müəlliməm Çarli”, “On üçüncü həvari”, yaxud Hertaklın on üçüncü qəhrəmalığı”, “Generalların şousu: Üçbacı dolması, bacanaq və bacıoğlu ordusu”, “Mən bu rəzalətə görə üzr istəyirəm”, “Ana, mən sağam”, “Kədəri güldürən adam” və neçə-neçə bu kimi yazıları sadəcə SOSİAL ŞƏBƏKƏ paylaşımı kimi yox, onların bir birini ÜRƏYİN hökmü ərsəyə gələn ƏSƏR mütaliə etmək lazımdır. Çünki İbrahim Rüstəmlinin də oxucusu olmaq da məsuliyyət tələb edir.
... Birdən-birə mənə elə gəldi ki, İbrahim Rüstəmli 60 yaşına indi gəlməyib, o, neçə illərdir ki, beləcə ağır oturub batan gələndir, SÖZün ağırlığını, məsuliyyətini elə ilk şeirlərini yazan illərdən bilir...
60 ildir yol gələn şərəfli yolçuluğun mübarək. İbrahim Rüstəmli!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see320

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see281

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see253

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see234

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see216

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see214

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see210

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see201

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see191

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see189

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see186

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see184

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

28 İyul 2026 18:12see180

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see180

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see178

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see177

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see174

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see170

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see169

Çilidə hantavirus səbəbindən həyəcan rejimi elan edildi

29 İyul 2026 02:28see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri