Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Bu mübarizədə şərin deyil, David Seliverstovu yanındayam:Qazi atası

Bu mübarizədə şərin deyil, David Seliverstovu yanındayam:Qazi atası

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bu bir danılmaz faktdır ki, cəmiyyətin inkişafında sosial məsuliyyət hissi, vətənpərvərlik dəyərlərinə hörmət və həssas təbəqələrə dəstək hər zaman xüsusi əhəmiyyət daşıyır. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən mənəvi və sosial diqqət sağlam cəmiyyətin əsas göstəricilərindən biri hesab olunur. Çünki bu təbəqədən olan insanlara yüksək diqqət və qayğı bu gün dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva nümunəsi günümüzdə hər bir vətəndaş, xüsusilə də xeyirxah insanlar üçün bir örnəkdir. Elə Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov da ictimai fəaliyyətində ölkənin birinci şəxsi və birinci xanımından örnək götürərək maksimum dərəcədə şəhid və qazi ailələrinə dəstək olmağa çalışır, bunu özünün müqəddəs borcu hesab edir. Təsadüfi deyil ki, bu günlərdə çirkin qarayaxma kampaniyası ilə üzləşən, əsassız ittihamlarla qarşılaşan David Seliverstovun apardığı haqq işi uğrunda mübarizədə də onun yanında əsas yer alan məhz şəhid və qazi ailələridir. Elə 44 günlük Vətən Müharibəsinin qazisi Elşən Nəzərovun atası Fərahim Nəzərov da məhz son günlər sosial platformalarda və müxtəlif media subyektlərində David Seliverstov barəsində yayılan əsassız iddialara cavab olaraq redaksiyamıza müraciət edib.
-Fərahim bəy, David Seliverstovu müdafiə etməyə, ona qarşı başlanan qarayaxmalara cavab verməyə Sizi nə vadar etdi?
-Sadəcə insanlıq, David Seliverstova qarşı başlanan kampaniyaya etiraz etmək. Məni tanıyanlar yaxşı bilir ki, hər zaman haqqın, ədalətin tərəfində olmuşam. Haqqı nahaqqın ayağına verməmişəm. Son günlər internetdə xoşagəlməz yazılarla rastlaşırdım. Yazırlar ki, guya David Seliverstov saxtakardır, dələduzdur, yaxud cinayətkardır. David Seliverstovu az-çox tanıyan biri kimi deyərdim bu yazılanların heç bir əsası yoxdur. Bunlar hamısı cəfəngiyatdır, yalandır. İnternetdə, xəbər saytlarında David Seliverstov barədə yayılan şər-böhtan dolu yazıları oxuyandan özümə yer tapa bilmirdim. Ürəyimi boşaltmağa, cəmiyyətə David Seliverstovun necə bir vətənpərvər, xeyirxah bir insan olduğunu çatdırmağa çalışırdım. Ona görə də sizə müraciət etmək qərarına gəldim.
-Qeyd etdiniz ki, David Seliverstovu tanıyırsınız. Maraqlıdır, onunla Sizin tanışlığınız, münasibətləriniz necə olub?
-Bildiyiniz kimi mənim oğlum Elşən Nəzərov İkinci Qarabağ Müharibəsinin qazisidir. O, 44 günlük Vətən Müharibəsində bir çox istiqamətlərdə, əsas etibarilə də Suqovşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Döyüşlər zamanı yaralanan Elşəni müalicəsi üçün müəyyən məbləğdə vəsaitə ehtiyac vardı. Dövlətimiz sağ olsun, başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin müvafiq qurumlarına qazi oğluma göstərilən dəstəyə görə təşəkkür edirəm. Ancaq etiraf vetmək lazımdır ki, dövlətin yükü kifayət qədər böyükdür və hər bir qazi, şəhid ailəsi dövlətin himayəsi altındadır. Ona görə də bu təbəqədən olan insanlara dövlətlə yanaşı, iş adamları, sahibkarlar, xeyirxah əməl sahibləri dəstək olmalıdırlar. Mənə də bir qazi atası kimi məsləhət gördülər ki, David Seliverstova müraciət edim. Həmin şəxs David Seliverstovun çox xeyirxah, səmimi, eyni zamanda vətənpərvər biri olduğunu demişdi. Gəlib onunla görüşəndə bir daha bu dediklərimin şahidi oldum. Sanki mənə öz valideyni kimi nəvaziş göstərərək oğlumun müalicəsinə yetərli qədər dəstək verəcəyini bildirdi. Çox sağ olsun dediyi kimi də etdi və oğlum Elşənin müalicəsi üçün lazım olan xərcləri çəkdi. Müalicə bitəndən sonra da David bəy bizimlə davamlı əlaqə saxlayır, problemlərimiz, qayğılarımızla maraqlanırdı. Bu gün də eyni davranış, eyni dəstək davam edir və hər zaman bir qazi atası kimi David Seliverstov bizim yanımızdadır. Ona görə də mən özümə bir borc bilirəm ki, David bəy haqsızlıqla üzləşdiyi, qarayaxma kampaniyası ilə qarşılaşdığı bir yanda mən də əlimdən gələn qədər David Seliverstovun yanında olum. Əslində, David bəyin fərd olaraq mənim dəstəyimə də ehtiyacı yoxdur. Çünki Azərbaycan cəmiyyəti, insanlarımız, Onun dəstək verdiyi şəhid ailələləri, qazilər David Seliverstovu çox gözəl tanıyır, ona çamur yapışmadığını bilirlər. Ancaq bütün halda mən özümə mənəvi borc bildim ki, bir qazi atası kimi David Seliverstovun necə bir xeyirxah, vətənpərvər insan olduğunu insanlarımıza çatdırım.
-Sizcə bu cür vətənpərvər insanları qaralamaq, onlara qarşı şər-böhtan dolu ifadələr səsləndirməkdə məqsəd nədir?
-Məqsəd vətənpərvər, xeyirxah insanları gözdən salmaq, onların həyata keçirdiyi nəcib işə kölgə salmaq, yaxud David Seliverstov kimi yardımsevər adamları bu missiyadan çəkindirməkdir. Bu da öz-özlüyündə dövlətə, dövlətçiliyə qarşı hesablanmış zərbədir. David Seliverstov kimi onlarla, yüzlərlə iş adamı, xeyirxah insan şəhid və qazi ailələrinə dəstək verəndə istər-istəməz bu təbəqədən olan insanların sosial rifahı yaxşılaşır, onlar daha yaxşı yaşam tərzi keçirirlər. Bu həm də dövlətin yükünün azalması deməkdir ki, məhz David Seliverstov kimi insanlar öz xeyirxah əməlləri ilə dövlətin, dövlətçiliyin yanında yer aldıqlarını sübuta yetirirlər. Ancaq ona şər atan Çingiz Qənizadə kimi bir neçə düşərgə dəyişən adamlar isə bu yaramaz fəaliyyətləri ilə təkcə David Seliverstova deyil, eyni zamanda dövlətə, dövlətçiliyə zərbə vurmaq istəyirlər. Mən buradan sual edirəm ki, Çingiz Qənizadə istər hüquq müdafiəçisi kimi, istərsə də Milli Məclisdə deputat olan zaman hansı bir xeyirxah işin sahibi olub? Yaxud deputat olanda seçicilərinin problemləri ilə bağlı hansısa məsələni qaldırıb, onun həllinə nail olubmu? Yox. Əslində Çingiz Qənizadə kimi adamların David Seliverstov və onun timsalında olan xeyirxah insanlara qarşı çıxması, şər-böhtan atması başadüşüləndir. Adam nəyləsə gündəmdə olmalıdır axı? Yaxşılıq, xeyirxahlığı bacarmır ki, əlindən gəlsin. Bunu edənlərə isə qısqanclıqla yanaşır, həzm edə bilmir. Ona görə də xislətinə uyğun olaraq qarayaxma kampaniyası ilə məşğul olur. Bir məqama da diqqət çəkmək istəyirəm. Əgər belə bir qarayaxma kampaniyası ilə bir hüquq müdafiəçisi məşğul olursa, o zaman onun məhkəmə prosesləri zamanı hüquqlarını müdafiə etdiyi insanların halına acıyıram.
-Son olaraq nə demək istərdiniz?
-Son olaraq Çingiz Qənizadədən bir Qarabağ qazisinin atası, bir Azərbaycan vətəndaşı olaraq tələb edirəm ki, şər-böhtandan, qarayaxmadan əl çəksin. Mən bir qazi atası kimi heç vaxt şərin yanında yer almamışam, ona qarşı mübarizə aparmışam. Bu mübarizədə də şərin deyil. David Seliverstovun yanındayam.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Avqust 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see290

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see286

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see269

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see265

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see241

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see232

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see217

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see216

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see215

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see211

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see201

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see196

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see179

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see174

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri