Icma.az
close
up
RU
“Səriyyə” filmi tənqid olundu: “Əlixan Rəcəbov ssenarini sanki bir şüşənin içində yazıb”

“Səriyyə” filmi tənqid olundu: “Əlixan Rəcəbov ssenarini sanki bir şüşənin içində yazıb”

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Tanınmış kinoşünas Sevda Sultanova Əlixan Rəcəbovun "Səriyyə” filmi ilə bağlı tənqidi fikirlər səsləndirib.

AZXEBER.COM xəbər verir ki, Sultanova bu barədə dizayner Aynur Xəlilovanın "Hərşeyşünas” adlı yutub podkastında qonaq olarkən danışıb.

Onun sözlərinə görə, filmin mövzusu ümumilikdə normal olsa da, rejissorun cəmiyyətlə əlaqəsinin zəif olduğu hiss olunur:

"Əlixan Rəcəbov sanki bir şüşənin içində oturub oradan ssenari yazır, amma gedib cəmiyyəti araşdırmayıb. Sən o ssenarini yazmaq üçün Azərbaycanın rayonlarına, ya heç olmasa Bakı ətrafı kəndlərə getməli idin. Tanıdığın ailələrlə danışardın,” – deyə Sultanova bildirib.

Kinoşünas filmdəki ata və ana obrazlarının ümumiləşdirilmiş, dərinlikdən uzaq olduğunu deyib:

"Onların heç birində düşdüyü situasiyada fərqli, maraqlı, özəl heç nə yoxdur. Biz o situasiyaları əzbər bilirik. Ata qızını ərə verir, çünki maddi problemi var. Amma bu atanın danışığı çox formaldır, daxili əzabı, tərəddüdü, alt qatı yoxdur”.

Sultanova əlavə edib ki, hər bir xarakterin, hətta hissiyyatsız görünən bir atanın belə daxili dünyası olmalıdır və bu dünya tamaşaçıya göstərilməlidir:

"Ata övladını satır, əclafdır – bunu görürük. Amma bu atanı buna gətirən vəziyyəti, mənəvi portreti göstərilmir. Mən rejissor olsaydım, atanın içində çəkdiyi əzabı da göstərərdim. Bu baxımdan bizim filmlərimizdə ciddi problemlər var”.

Sevda Sultanova fikirlərində Azərbaycan kinosunun psixoloji dərinlik baxımından inkişaf etməli olduğunu vurğulayıb.

Aysel


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri