Sərnişin təyyarəsinin vurulması Azərbaycana qarşı birbaşa siyasi hücumdursa, buna tədbir görülməlidir
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud bildirib ki, təyyarənin gövdəsinin zədələnməsi onun vurulduğunu sübut edir.
Kərəm Qarabulud
Professorun fikrincə, bunun əsas səbəbi Azərbaycana qarşı düşmənçilik hissidir.
“Azərbaycan Qafqazın yüksələn ulduzuna çevrilib və indi "D-8" kimi inkişaf etməkdə olan ölkələr qrupuna daxil olmaq əhəmiyyətini qazanıb. Bunu istəməyən ölkələr və ya qruplar tərəfindən düşmənçilik fəaliyyətləri ola bilər. Azərbaycanın Suriya və Ukraynadakı müharibələrdə neytrallığını qoruyaraq apardığı “balans siyasəti” bəzi ölkələri və ya qrupları narahat etmiş ola bilər. Azərbaycanın sistemindən və siyasi tərzindən narahat olan radikal qruplardan birinin hücumu ola bilər. Azərbaycanın siyasi praktikasından razı olmayan qüvvələr Azərbaycanı qorxutmağa cəhd edə bilər”-deyən Kərəm Qarabulud hesab edir ki, Azərbaycan təyyarəsi təsadüfən Rusiya raketləri ilə vurula bilər.
Kərəm Qarabuludun fikrincə, bu, məhz bilərəkdən Azərbaycana hücum nəticəsində baş veribsə, bunu dünyaya çatdırmağa və gələcək üçün tədbir görməyə ehtiyac var.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















