Icma.az
close
up
RU
Sərnişin təyyarəsinin vurulması ilə bağlı Rusiyadan gözləntilərin hər biri rəsmi səviyyədə icra olunmalıdır

Sərnişin təyyarəsinin vurulması ilə bağlı Rusiyadan gözləntilərin hər biri rəsmi səviyyədə icra olunmalıdır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Təyyarə qəzası böyük bir faciədir və bu faciənin baş verməsi, faktın araşdırılması kifayət qədər ciddi bir məsələdir. Nəzərə alaq ki, bu, eyni zamanda bir dövlətin həm də qürur məsələsidir. Belə ki, bizim təyyarəmizin vurulmasının səbəbləri artıq bəllidir və bu fakt təkzib edilmir. Məlumdur ki, bu təyyarə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və "Pantsir-S" tipli raketdən istifadə olunub, bu qurğudan atılan atəşlə təyyarə zədələnib”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Oqtay Qasımov bildirib ki, burada bir neçə məqam var və bu məqamlar bir neçə sual doğurur, bu sualların cavabları bütün cəmiyyətimiz tərəfindən gözlənilir.

Oqtay Qasımov

“Birincisi, qeyd olunmalıdır ki, nədən Rusiya tərəfi hava hücumundan müdafiə sistemlərini Çeçenistan ərazisinə, PUA hücumları olduğu halda hava məkanına bağlamayıblar. Bu hadisə yalnız AZAL təyyarəsi vurulandan sonra baş verib. Nədən bağlanmadı, yaxud bağlanmadığı halda belə ən azından hava limanının dispetçer xidməti gələn təyyarələrin hamısının qrafikini bildiyi üçün AZAL-ın ekipajını xəbərdar edə bilərdi və onları başqa istiqamətə yönəldə bilərdi. Bunların heç biri baş verməyib və təyyarə hava limanına eniş etmək istədiyi zaman onun elektron sistemləri kilidlənib. Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən və şahidlərin, yəni sərnişinlərin də dediklərinə görə, üçüncü cəhddən sonra təyyarə əslində zədələnib. İkinci əsas sual ondan ibarətdir ki, təyyarə vurulandan sonra Rusiya tərəfi niyə Qroznı hava limanına yaxın olan hava limanlarına enişə icazə verməyib. Əslində, bütün məsələdə məhz bunun üzərindədir. Məntiqlə belə çıxır ki, Rusiya tərəfi özünün ya səhlənkarlığı, ya məsuliyyətsizliyi yaxud “qəsdən” ifadəsini mən işlətmək istəməzdim, amma bu hadisəni törədəndən sonra əslində nə cinayət baş verdiyini yaxşı bildiklərinə görə, təyyarəni məhz qeyd etdiyim ətrafdakı yaxın olan hava limanlarına deyil, daha uzaqdakı Aktauya yönləndiriblər. Sanki onlar törədilən bu cinayətin izini itirmək üçün onu Aktauya yönəldiblər ki, qəzalı vəziyyətdə olan təyyarə Xəzər dənizinə düşsün və iz itsin. Məntiq bundan ibarətdir”-deyən politoloq qeyd edib ki, təyyarənin kənardan müdaxilə nəticəsində yararsız hala düşdüyü hər halı ilə görünməktədir. Çünki, qəlpə qırıntıları o cümlədən, salonun daxilindəki partlayış və sərnişinlərin qəlpə yaraları alması bunu göstərir.

“Rusiya tərəfindən ortaya atılan iddiaların əsası yoxdur. Belə ki, bu iddialara görə, pis hava şəraiti, quş sürüsü ilə toqquşma və s. kimi qeyri-ciddi bəhanələr artıq bir mənalı şəkildə rədd olunur. Çünki, təyyarə nə daxildə balon partlayışından, nə də “quş sürüsü” ilə toqquşmasından xəsarət almayıb. Bu bir mənalıdır. Təyyarəyə kənardan müdaxilə nəticəsində o xəsarət alıb. Bu azmış kimi yaxındakı hava limanlarına deyil daha uzağa təyyarəni göndərməklə izi itirməyə çalışıblar. Amma, izlər artıq ortadadır”-deyə Oqtay Qasımov əlavə edib.

Azərbaycan dövləti Rusiyadan nə gözləyir?

“Bizim qonşuluq və müttəfiqlik münasibətlərimizə və beynəlxalq hüquqa uyğun bir davranış gözləyir. Bu istək nədən ibarətdir? Bəli, Rusiya tərəfi baş vermiş hadisə ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Bunun hava hücumundan müdafiə sistemləri tərəfindən törədildiyi etiraf olunmalıdır. Təəssüf hissi keçirildiyi bildirilməlidir və üzr istənilməlidir. Hadisə ilə bağlı zərər çəkən hərkəsdən üzr istənilməlidir -deyə politoloq bildirib ki, özünə hörmət edən dövlət bunları etməlidir və bu hadisədən zərər çəkənlərə təzminat ödənilməlidir.

“Biz Rusiyadan bunu gözləyirik və münasibətlərimiz bunu gözləyir və tələb edir. Amma, Rusiyanın hansısa bir "bölgə" rəhbərinin Azərbaycana bir təklif etməsi, maddi dəstək kimi açıqlamaları təbii ki, qəbuledilməzdir. Əvvəla Azərbaycan dövləti Çeçenistan yaxud hansısa bir muxtar vilayətinin statusunda deyil və bu əlaqələr də mümkün deyil. Yəni, səviyyə fərqi var və Azərbaycan dövlətinin, federal hökümətdən gözləntiləri var ki, biz hələ də bu gözləntiləri davam etdiririk.

Təbii ki, Rusiya nümunəni elə Azərbaycandan götürməlidir. 2020-ci ildə 44 günlük savaşın son günündə Rusiya helikopteri Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən vurulandan sonra Azərbaycan dərhal açıqlama verərək üzrxahlıq etdi və təzminatını ödədi. Eynisini biz də Rusiyadan gözləyirik”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri