Sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-may aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb.
Bu barədə Metbuat.az-a “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, nəticədə qatardakı sərnişinlərin həyatına təhlükə yaranır, qatarlara və infrastruktura ziyan dəyir və bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir.
"Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır, məktəblərdə təlimlər keçilir. Həmçinin qatarların kamerasına düşən görüntülər əsasında daş atan şəxslər müəyyən edilərək qanunvericilik əsasında cərimələnirlər", - deyə qurumun məlumatında qeyd olunub.
Baxış sayı:113
Bu xəbər 30 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















