Sərnişinlər Qəbələ Dəmiryol Vağzalında gözləmə zalına niyə buraxılmırlar?
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Qəbələ Dəmiryol Vağzalının gözləmə zalına sərnişinlərin buraxılmaması vətəndaşların narazılığına səbəb olub.
Sərnişinlər qeyd edib ki, qatarı gözləmək üçün zala keçid edəndə vağzal mühafizəçiləri girişə icazə verməyib.
Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ-Bakı qatarı hərəkətə başlamazdan öncə Qəbələ Dəmiryol Vağzalının gözləmə zalına hər kəs buraxılır, platformaya isə yalnız sərnişinlər keçə bilir:
"Lakin Bakıdan Qəbələyə gələn qatarı qarşılayanlar gözləmə zalına buraxılmır, çünki bu halda sıxlıq yaranır, gözləmə zalındakı şəxslər qatardan çıxan sərnişinlərə mane olurlar, qatardan düşən sərnişinlər isə bundan şikayət edirlər.
Qeyd edək ki, Bakı Dəmiryol Vağzalında da eyni qayda tətbiq olunub. Belə ki, platformalara keçid yalnız bileti olan sərnişinlərə şamil edilir. Sərnişinlərin rahat hərəkətinin təmini, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təşkil edilməsi məqsədilə onları yola salan və ya qarşılayan şəxslərin platformalara keçidinə icazə verilmir", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif
Baxış sayı:67
Bu xəbər 02 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















