Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Sərnişinlər yolda qalıb: AYNA nın yaratdığı problem böyüyür

Sərnişinlər yolda qalıb: AYNA nın yaratdığı problem böyüyür

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtdan Bakıya qayıtmaq istəyən vətəndaşlar taksi sifarişində çətinliklərlə üzləşdiklərini bildirirlər.
Demokrat.az xəbər verir ki, bu barədə anews.az-a şikayət edən vətəndaş bildirib.
Onun sözlərinə görə, yeni tətbiq edilən qaydalar səbəbindən taksi şirkətləri geri istiqamətdə sifariş qəbul etmir.
"Bir neçə gün öncə Sumqayıtdan Bakıya qayıtmaq üçün heç bir taksi tapmadım.  Alternativ olaraq Sumqayıtda xidmət göstərən 2 taksi xidmətinə zəng etdim. Lakin onlar Bakıya getdiyimi eşitdikdən sonra sifarişdən imtina etdi. Beləcə 2 saata yaxın yolda vaxt itirmişəm. Burada mənim seçim etmək hüququm pozulub", - şikayətçi deyib. 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiqinə başlanan qərara əsasən, taksi sürücüləri sərnişinləri Sumqayıt şəhərinə apara bilsələr də, oradan Bakı istiqamətində sərnişin götürə bilməzlər. 
"Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər", - AYNA açıqlamasında bildirib. 
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı  doğru icra edilmir. 
"Qanunda göstərilir ki, taksi əsas fəaliyyətini icazənin verildiyi ərazidə göstərməlidir.  Amma deyilmir ki, Bakıdan gedən sürücü Bakıya qayıdırsa Sumqayıtdan sərnişin götürə bilməz. Deməli,  qanunu tətbiq edənlər və ya şərh edənlər yanlış şərh edirlər.  Vergi və digər fəaliyyət sahələrində də belə yanaşma var: əsas fəaliyyət ünvanı müəyyən edilir, amma bu, digər ərazilərdə fəaliyyətin tam qadağan olunması anlamına gəlmir. Taksidə də belə olmalıdır . Bəli sürücü  əsas fəaliyyətini Bakıda  icra etməlidir . Amma Bakıdan Sumqayıta sərnişin aparırsa niyə oradan boş qayıtmalıdır? Və ya Qazaxa gedirsə niyə oradan Bakıya gələn sərnişini götürməməlidir", - o bildirib. 
Ekspert vurğulayır ki,  əksinə belə qadağanın qoyulması  yollarda tıxac yarada bilər. 
"Əksinə, boş qayıtmaq daha çox nəqliyyat yükü yaradır. Məsələn, Bakıdan Sumqayıta bir sərnişin aparan taksi boş qayıdır. Sumqayıtdan Bakıya gəlmək istəyən başqa bir sərnişin üçün isə ayrıca bir avtomobil hərəkətə başlayır. Bu isə real olaraq nəqliyyat sıxlığını artırır", - Hüseynov əlavə edib.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc anews.az-a açıqlamasında bildirib ki, əgər məqsəd balans yaratmaqdırsa, bu balans real axın göstəricilərinə əsaslanmalıdır.
"Nəqliyyat məsələsi artıq yalnız texniki problem deyil. Bu, sosial-iqtisadi və hətta idarəetmə məsələsinə çevrilib. İnsanlar vaxt itkisi yaşayır, xərcləri artır, psixoloji gərginlik yaranır. Bu isə ümumi məhsuldarlığa və vətəndaş məmnuniyyətinə təsir göstərir. Bizim araşdırmalar göstərir ki, qərar geniş ictimai müzakirə aparılmadan tətbiq olunub. Halbuki bu kimi məsələlərdə vətəndaşlar, taksi şirkətləri və müvafiq qurumlar arasında açıq platformalarda davamlı dialoq aparılmalıdır. Qərarların statistik əsaslandırması ictimaiyyətə təqdim olunmalıdır: gündəlik Sumqayıt-Bakı marşrutu üzrə nə qədər sifariş var? Bu qərar real olaraq nə qədər nəqliyyat vasitəsinin sayına təsir edir? Boş qayıdan avtomobillərin sayı nə qədərdir? Əgər məqsəd balans yaratmaqdırsa, bu balans real axın göstəricilərinə əsaslanmalıdır. Əks halda, qərar vətəndaş məmnuniyyətsizliyinə və əlavə nəqliyyat yükünə səbəb olur.
Deputat vurğulayır ki, əgər məram tıxacın qarşısını almaqdırsa, mövcud tətbiq əksinə problemi daha da dərinləşdirə bilər. Çünki sərnişin alternativ axtarır, başqa taksi çağırır və nəticədə nəqliyyat sıxlığı artır.
"Düşünürəm ki, məsələ yenidən qiymətləndirilməli, statistik əsaslarla təhlil edilməli və ictimai müzakirəyə çıxarılmalıdır. Ən başlıcası isə vətəndaş məmnuniyyəti prioritet olmalıdır", - Zahid Oruc əlavə edib. 
Şikayətçinin dediklərini yoxlamaq üçün olduğumuz ünvandan Sumqayıt ərazisinə bir neçə mobil tətbiq vasitəsilə taksi sifariş etdik. 
Gediş haqqı Bakıdan Sumqayıta 22 manat ödəniş yazılsa da yaxınlıqda olan taksilər sifarişi götürməkdən imtina etdi. 
Sifarişi təsdiq edən digər sürücü isə zəng edərək ünvanın yerini Sumqayıt olduğunu öyrədikdən sonra imtina etməsini xahiş etdi. O bildirdi ki, Sumqayıta getdikdən sonra boş qayıtmağa məcbur olacaq. 
"Sifarişi ləğv etməyinizi xahiş edirəm. Yeni qaydalar var. Sumqayıta daxil olan kimi sistem bizi bloklayır. Geri qayıdanda sifariş qəbul edə bilmirikş Bizə sərf etmir", - sürücü bildirib. 
Bu məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyat  Agentliyinə də sorğu göndərdik.  Votsap vasitəsilə  ünvanladığımız sorğuya cavab olaraq AYNA-dan bildirdilər ki, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununun (Qanun) 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilən ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
"Belə ki, taksi minik avtomobili ilə sərnişin daşıma xidməti göstərən şəxslər sifarişləri yalnız buraxılış kartında göstərilən inzibati-ərazi vahidlərində qəbul etməlidir. Lakin buraxılış kartında göstərilən ərazi hüdudundan kənar sifarişin götürülməsi qadağandır",  -  cavabda bildirilir. 
AYNA rəsmiləri iddia edir ki, bu yanaşma bir çox kvota sistemi tətbiq olunan dünya şəhərlərində bu formada tətbiq olunur və "hazırda dəyişdirilə bilməz. Məqsəd qanundan yayınma hallarının qarşısını almaq və ədalətli fəaliyyət imkanı yaratmaqdır".
AYNA rəsmilərinin dediyi model – yəni ərazi üzrə icazə (zone-based licensing) və kvota sistemi – dünyada doğrudan da mövcuddur. Amma praktik tətbiq forması ölkədən-şəhərdən şəhərə fərqlənir və çox vaxt tam qadağa deyil, tənzimləmə mexanizmi şəklində olur.
London
London taksiləri (black cab) xüsusi lisenziya ilə fəaliyyət göstərir.  Əsas fəaliyyət ərazisi var.  Amma sərnişini başqa şəhərə aparıb geri qayıdarkən sifariş götürmək qadağan deyil. Qadağa daha çox qeyri-lisenziyalı fəaliyyətə aiddir.  Yəni ərazi prinsipi var, amma geri sərnişin götürmək avtomatik hüquq pozuntusu sayılmır.
Paris
Parisdə taksilər konkret departament üzrə qeydiyyatdan keçir.  Digər zonada daşıma mümkündür. Lakin həmin zonada daimi fəaliyyət göstərmək olmaz. Geri qayıdarkən tətbiqlər vasitəsilə sifariş qəbuluna tam qadağa yoxdur.  Məqsəd bazarın qorunmasıdır, amma sərnişin mobil tətbiq vasitəsilə taksi tapa bilir.
Nyu-York
NYC-də  kvota sistemi var .  Taksi şəhər daxilində fəaliyyət göstərir. Başqa ştata məsələn, New Jersey aparmaq mümkündür.  Geri qayıdanda sistem bloklaması yoxdur, amma hüquqi status fərqli ola bilər (məsələn, pick-up qaydaları dəyişir).  Yenə də əsas məqsəd kvota və bazar balansıdır, sərnişinin tam məhdudlaşdırılması deyil.
Bir sözlə  AYNA haqlıdır ki, dünya şəhərlərində kvota sistemi var, ərazi üzrə lisenziya prinsipi tətbiq olunur, qanundan yayınmanın qarşısını almaq məqsədi daşıyır.
Amma fərq buradadır ki, əksər şəhərlərdə başqa zonaya sifarişlə gedib geri sərnişin götürmək tam bloklanmır.  Hesab edilir ki,  boş qayıtmalar ən azı ekoloji və iqtisadi baxımdan səmərəsizdir.  

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri