Icma.az
close
up
RU
Şərq qapısı qəzetinin maddi texniki bazası yenilənib, informasiya mərkəzi istifadəyə verildi Fotolar

Şərq qapısı qəzetinin maddi texniki bazası yenilənib, informasiya mərkəzi istifadəyə verildi Fotolar

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı olan "Şərq qapısı" qəzetinin yeni avadanlıqlarının və informasiya mərkəzinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəzetin fəaliyyəti ilə tanış olub.

Manset.az xəbər verir ki, "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova 104 illik tarixi olan mətbu orqanın müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərməsi üçün həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirilib ki, redaksiyanın maddi-texniki bazası gücləndirilib, bütün otaqlar ən son texnologiyaya əsaslanan avadanlıqlarla – kompüterlər, printerlər, yaddaş qurğuları və fotoaparatlarla təchiz edilib, informasiya mərkəzi yaradılıb, jurnalistlərin daha səmərəli fəaliyyəti təmin edilib, arxiv işi təkmilləşdirilib.

Qeyd olunub ki, ölkəmizdə və muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin geniş oxucu auditoriyasına çatdırılması, təhlili və analitik materialların hazırlanması sahəsində mütəmadi iş aparan əməkdaşlar, eyni zamanda sosial media platformalarında da informasiya təminatını günün tələblərinə uyğun şəkildə həyata keçirirlər.

Qəzetin əməkdaşları Gülcamal Tahirova və Rafiq Təhməzov yaradılmış müasir iş şəraitindən danışıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Şərq qapısı" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, 104 illik tarixi olan bu mətbu orqan Azərbaycan jurnalistikasının inkişafına töhfə verməklə yanaşı, muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının operativ işıqlandırılmasında mühüm rol oynayır.

"Şərq qapısı" qəzeti təkcə ənənəvi qəzetçilik prinsiplərini qoruyub saxlamır, eyni zamanda müasir media tendensiyalarına uyğun inkişaf edir. Qəzetin sosial media platformalarında aktiv fəaliyyəti, analitik və təhlili yazıları, videoçarxları Naxçıvanın informasiya məkanında mühüm yer tutur. Redaksiya heyətinin peşəkarlığı, jurnalistlərin operativ və dəqiq informasiya yaymaq bacarığı, eləcə də yaradılmış müasir şərait bu mətbu orqanın davamlı inkişafına xidmət edir", – deyə Fuad Nəcəfli vurğulayıb.

Səlahiyyətli nümayəndə əlavə edib ki, Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində "Şərq qapısı" qəzetinin maddi-texniki imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkar fəaliyyətinin dəstəklənməsi dövlətin media sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 13 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri