Icma.az
close
up
RU
Şərqi Zəngəzurun azad olunması ölkənin su ehtiyatlarının artmasına da töhfə verib QHT sədri

Şərqi Zəngəzurun azad olunması ölkənin su ehtiyatlarının artmasına da töhfə verib QHT sədri

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli ilə müsahibə

- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?

- Su təhlükəsizliyi anlayışı geniş məfhumdur və həm içməli, həm də texniki suyun qorunmasını əhatə edir. Onun əsas komponentlərinə su ehtiyatlarının, çayların və içməli su mənbələrinin qorunması, suyun sağlam şəkildə vətəndaşlara çatdırılması və davamlılığının təmin edilməsi daxildir. Bu, dövlətin və müvafiq qurumların əsas vəzifələrindən biridir.

- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?

- Dünyada su qıtlığı ciddi problemdir, xüsusilə Afrika, Şimali və Mərkəzi Afrika ölkələrində bu vəziyyət daha kəskindir. Azərbaycanda isə ümumi mənada su qıtlığı problemi mövcud deyil. Şərqi Zəngəzur və Qarabağın azad edilməsindən sonra ölkənin su potensialı daha da artıb. Lakin su ehtiyatlarının bölgələr üzrə bərabər paylanmaması müəyyən çətinliklər yaradır. Xüsusilə Mərkəzi Aran, Şamaxı və Şirvanın bəzi ərazilərində su çatışmazlığı hiss olunur.

- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?

- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə dolayısı ilə təsir göstərir. Havanın temperaturunun yüksəlməsi nəticəsində buzlaqların əriməsi və dünya okeanının səviyyəsinin qalxması müşahidə olunur. Bu proseslər, xüsusilə subtropik və quru iqlim qurşaqlarında yerləşən ölkələrdə quraqlıq və su qıtlığı riskini artırır. Lakin su ehtiyatlarından düzgün və səmərəli istifadə olunduğu halda bu təsirləri minimuma endirmək mümkündür.

- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?

- Transsərhəd çayların istifadəsi beynəlxalq konvensiyalarla tənzimlənir. Azərbaycan bu konvensiyalara qoşulub, lakin ölkə ərazisindən digər dövlətlərə axan iri çaylar olmadığı üçün məsələ bizdə bir qədər fərqlidir. Türkiyə, İran, Ermənistan və Gürcüstanla müəyyən su məsələləri mövcuddur. Gürcüstan hələ bu sahədəki beynəlxalq konvensiyalara qoşulmayıb, İran isə ümumiyyətlə bir çox beynəlxalq sənədlərin iştirakçısı deyil. Hazırda transsərhəd çaylarla bağlı ciddi problem olmasa da, bəzi hallarda çayların mənbə hissəsində, xüsusən Türkiyə və Gürcüstanda suvarma və digər məqsədlərlə suların istifadəsi Azərbaycana təsir göstərə bilər. Bu kimi məsələlər adətən qonşuluq və qarşılıqlı anlaşma prinsipi əsasında həll olunur. Ümid edilir ki, gələcəkdə bu istiqamətdə bütün problemlər aradan qalxacaq.

- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?

- Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında hazırda su təhlükəsizliyi ilə bağlı problem yoxdur. Əvvəllər, yəni Ermənistan işğal altında olduğu dövrdə bəzi zərərli təsirlər mövcud idi. Lakin azad edilmiş ərazilərdə su ehtiyatları tam qorunur və hər hansı problem müşahidə edilmir. Şərqi Zəngəzurun azad olunması ölkənin su ehtiyatlarının artmasına da töhfə verib.

- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?

- Laçın və digər işğaldan azad olunmuş rayonlarda insanlar öz torpaqlarına qayıtmalıdır, çünki bu, onların haqqıdır. Sənayenin inkişafı və su istifadəsi müasir üsullarla həyata keçirilməlidir: həm əhali maarifləndirilərək, həm də sənayedə nanotexnologiyalardan istifadə olunaraq su resursları səmərəli idarə edilməlidir.

- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?

- Suyun təkrar istifadəsi və texniki suların təmizlənərək istifadəsi bu sahədə xüsusi önəm daşıyır. Belə yanaşmalar sayəsində Azərbaycanın, xüsusilə Laçın rayonunun su ehtiyatlarına zərər gəlməyəcək.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.

Tural Turan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri