Icma.az
close
up
RU
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”

“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Müsahibə zamanı Prezident İlham Əliyevə media nümayəndələri tərəfindən ünvanlanan 20-dən çox sualın sayca çoxluğu və mövzu dairəsinin genişliyi müsahibədə oxşar iqtisadi sahələrə bir neçə dəfə müxtəlif baxış bucaqlarından qayıtmağı zəruri etmişdir. Bir çox suallar da məzmun etibarilə bir-birinə yaxın olduğundan eyni mövzulara yeni rakursdan yanaşmalar təqdim olundu. Məhz bu səbəbdən verilən cavablar mövzuların dərinləşdirilməsi məntiqi ilə qurulmuşdu və hər cavab əvvəlki fikri tamamlayan halqa rolunu oynayırdı. Buna görə də müsahibədən 50-dən çox, bəlkə də 100-ə yaxın tezis alınar”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, lakin müsahibənin ümumi məzmununu cəmiyyət üçün daha sistemli göstərmək məqsədilə verilən fikirləri əsas iqtisadi istiqamətlər üzrə ardıcıl düzmək olar:

“Hesab edirəm ki, aşağıdakı qruplaşdırma müsahibənin iqtisadi yönünü daha dəqiq və daha anlaşılan formada görünən edər. Birincisi, Azərbaycan sülh şəraitinə keçidin iqtisadi bəhrəsini artıq ilk aylardan hiss etməyə başlayıb. Müharibədən sonra sabitlik investisiya üçün əsas şərtə çevrilmiş, iqtisadi proqramların daha inamlı icrasına yol açmışdır. Prezident xüsusilə vurğuladı ki, güclü dövlət anlayışı indi təhlükəsizliklə yanaşı səmərəli idarəçiliklə ölçülür və bu tezis gələcək iqtisadi modelin fəlsəfəsini formalaşdırır.

İkincisi, ABŞ ilə münasibətlərin yeni mərhələsi ölkəyə real iqtisadiyyat üzərində qurulan geniş imkanlar gətirir. 907-ci düzəlişin aradan qaldırılması ticarət və nəqliyyat əlaqələrinin qarşısındakı simvolik səddi götürmüş, strateji işçi qrupunun yaradılması isə qarşılıqlı sərmayə və ticarətin institusional çərçivəsini möhkəmləndirmişdir.

Üçüncüsü, Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın qeyri-neft sektorunun şaxələnməsinə ciddi təkan verir. Tranzit, Orta Dəhliz, Günəş və külək stansiyalarının tikintisi, elektrik nəqliyyat vasitələrinin yığılması və gələcəkdə lokallaşdırmanın artırılması yeni sənaye zəncirinin əsas halqaları kimi təqdim olundu.

Dördüncüsü, bərpaolunan enerji Azərbaycanın gələcək istehlak və ixrac balansında aparıcı dayaqlardan biri olacaq. Prezidentin səsləndirdiyi 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər 8000 meqavat yaşıl güc hədəfi qaz istehlakına qənaət, əlavə qazın ixracı və data mərkəzlərinin enerji təminatı baxımından strateji əhəmiyyət daşıyır.

Beşincisi, regional nəqliyyat infrastrukturunun genişləndirilməsi həm mobillik, həm də tranzit gəlirləri üçün yeni mənbə yaradır. Limanlar, dəmir yolları, metro stansiyaları və mikromobillik həlləri vaxt itkisini azaldacaq və ticarətin coğrafiyasını böyüdəcək.

Altıncısı, sosial siyasətin iqtisadi islahatlarla tarazlaşdırılması əsas şərt kimi ortaya qoyuldu. Minimum əməkhaqqının ilkin baza üzərində davamlı artması, özünüməşğulluq proqramlarının 100 mindən çox insanı əhatə etməsi əmək bazarında daha sağlam struktur yaradır.

Yeddincisi, müdafiə sənayesinə özəl sektorun cəlb edilməsi dövlətin maliyyə yükünü azaltmaqla bərabər ixrac üçün alternativ valyuta mənbəyi formalaşdırır. 15 şirkətə lisenziya, 1 milyard manatlıq sərmayənin yarısının özəl sektor tərəfindən qoyulması bu sahənin iqtisadi məntiqlə inkişaf etdiyini göstərir.

Səkkizincisi, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası enerji, su və yol layihələri üzərində qurulur. Dairəvi enerji sisteminin yaradılması, yeni kanallar və tunellər insanların orada yaşayıb işləməsini real edir.

Doqquzuncusu, gələcək borclanma siyasətində praqmatik çərçivə saxlanılır. Xarici borcun ÜDM-in təxminən 6 faizi səviyyəsində olması və ehtiyatların onu 16-17 dəfə üstələməsi maliyyə dayanıqlılığının əsas göstəricisi kimi qeyd olundu.

Onuncusu, qeyri-neft sektorunun artım potensialı ayrıca proqram tələb edir. Neft hasilatının təbii azalması fonunda müxtrəlif mexanizmlər hesabına daha yüksək dinamikanın mümkünlüyü mesajı verildi.

Beləliklə, cənab Prezidentin müsahibəsinin iqtisadi yönündə Azərbaycanın etibarlı körpü rolunu daha da möhkəmləndirməsi durur. Bu körpü ölkənin sabit inkişafını, sərmayə cəlbini və sosial rifahı vahid məntiqdə birləşdirməyi hədəfləyir və yeni gözləntilərin yol xəritəsini cızır. Bu xəritənin memarı isə əlbəttə ki, güclü iradəyə malik olan Azərbaycan dövlətidir”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri