Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Şərqlə Qərbin memarlıq körpüsü: İşğaldan intibaha, yeni inkişaf modeli

Şərqlə Qərbin memarlıq körpüsü: İşğaldan intibaha, yeni inkişaf modeli

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yalnız şəhərsalma və memarlıq məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın son illərdə formalaşdırdığı yeni inkişaf modelinin, artan beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin nümayişidir. Forumun miqyası, iştirakçı sayı və burada səsləndirilən mesajlar göstərir ki, Bakı artıq yalnız regional siyasi mərkəz deyil, qlobal humanitar, iqtisadi və urbanizasiya proseslərinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Deputat bildirib ki, bu, son illərdə keçirilən ən genişmiqyaslı beynəlxalq tədbirlərdən biri hesab olunur: “COP29-dan sonra Azərbaycanın növbəti dəfə belə mühüm qlobal forumun mərkəzinə çevrilməsi təsadüfi deyil. Bu fakt bir daha göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təhlükəsiz dialoq məkanı və qlobal təşəbbüslərin həyata keçirildiyi ölkə kimi qəbul olunur.

Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın şəhərsalma siyasətinin strateji mahiyyətini ortaya qoydu. Dövlət başçısı yalnız Bakının inkişaf modelindən deyil, bütövlükdə Azərbaycanın urbanizasiya fəlsəfəsindən bəhs etdi. Bu fəlsəfənin əsasını tarixi-mədəni irsin qorunması ilə müasir texnologiyaların uzlaşdırılması, insan yönümlü şəhərsalma, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf prinsipləri təşkil edir.

Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu geosiyasi və mədəni məkan olub. Bu xüsusiyyət xüsusilə Bakının memarlıq simasında aydın şəkildə görünür. İçərişəhərin qədim qala divarları ilə müasir göydələnlərin eyni şəhər məkanında harmonik şəkildə birləşməsi Azərbaycanın inkişaf modelinin fəlsəfi mahiyyətini ifadə edir. Burada əsas məqsəd yalnız müasir şəhər yaratmaq deyil, milli-mədəni irsi qorumaqla gələcəyin urbanizasiya modelini formalaşdırmaqdır.
Vaxtilə cəmi üç kilometrlik ərazini əhatə edən Bakı Bulvarının bu gün 15 kilometrlik müasir sahil zonasına çevrilməsi, şəhərdə yüzlərlə park və ictimai məkanın yaradılması, ekoloji urbanizasiya layihələrinin həyata keçirilməsi dövlətin uzunmüddətli və sistemli şəhərsalma siyasətinin nəticəsidir. Xüsusilə vaxtilə neft tullantıları ilə çirklənmiş “Qara şəhər”in müasir “Ağ şəhər” layihəsinə çevrilməsi urbanizasiya ilə ekoloji bərpanın sintezini nümayiş etdirən mühüm nümunə hesab olunur”.

Deputat əlavə edib ki, Forumun əsas diqqət çəkən istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa prosesidir: “Təxminən 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərlərin yenidən qurulması bu gün dünyada postmünaqişə dövrünün ən böyük reabilitasiya layihələrindən biri kimi qiymətləndirilir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması dağıntının miqyasını göstərsə də, hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın iqtisadi gücünü və siyasi iradəsini ortaya qoyur.
Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi rəqəmlər bu prosesin miqyasını açıq şəkildə nümayiş etdirir. Beş il ərzində onlarla kilometr tunelin çəkilməsi, yüzlərlə körpünün tikilməsi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, dəmir yolu və enerji infrastrukturunun yaradılması göstərir ki, Azərbaycan işğaldan azad olunmuş əraziləri qısa müddətdə müasir yaşayış və iqtisadi inkişaf məkanına çevirməyə nail olur.

Burada əsas məqamlardan biri “Böyük Qayıdış” proqramının yalnız məcburi köçkünlərin geri dönüşü ilə məhdudlaşmamasıdır. Məqsəd həmin ərazilərdə yeni iqtisadi model formalaşdırmaq, ağıllı şəhər və ağıllı kənd konsepsiyalarını tətbiq etmək, sənaye zonaları yaratmaq və dayanıqlı məşğulluğu təmin etməkdir. Bu isə postmünaqişə bərpasının yalnız fiziki deyil, həm də sosial-iqtisadi mahiyyət daşıdığını göstərir.

WUF13 forumunun Bakıda keçirilməsi Azərbaycanın yumşaq güc strategiyasının mühüm elementidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təsir imkanları yalnız hərbi və iqtisadi potensialla deyil, həm də onların qlobal humanitar və intellektual platformalarda oynadığı rolla ölçülür. Azərbaycan son illərdə beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etməklə özünü qlobal dialoq və əməkdaşlıq məkanı kimi təsdiqləyə bilib.
Forum eyni zamanda Azərbaycanın zəngin memarlıq və mədəni irsinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Şamaxı, Şəki, Qəbələ, Naxçıvan, Lahıc və Şuşa kimi qədim yaşayış məskənlərinin forum çərçivəsində diqqətə çatdırılması göstərir ki, Azərbaycan urbanizasiya siyasətini yalnız müasir tikinti üzərində deyil, tarixi irsin qorunması prinsipi üzərində qurur. Lahıcda əsrlər öncə yaradılmış su və kanalizasiya sistemləri, Şəkinin memarlıq ənənələri, Şuşanın bərpası və tarixi abidələrin yenidən dirçəldilməsi milli şəhərsalma məktəbinin dərin köklərə malik olduğunu göstərir.

Ekoloji təhlükəsizlik məsələlərinin forumun əsas mövzularından biri olması da xüsusi diqqət çəkir. Müasir şəhərsalma siyasətində yaşıl enerji, ekoloji nəqliyyat, ictimai məkanların genişləndirilməsi və insan yönümlü urbanizasiya əsas prioritetlərdən hesab olunur. Son illərdə Bakıda metro infrastrukturunun genişləndirilməsi, elektrik avtobuslarının istifadəsi, mikromobillik imkanlarının artırılması və yaşıl zonaların genişləndirilməsi məhz bu strategiyanın tərkib hissəsidir.

Nəticə etibarilə, WUF13 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm strateji platformadır. Forum göstərdi ki, Azərbaycan artıq yalnız enerji resursları ilə deyil, həm də dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə bərpası və qlobal humanitar əməkdaşlıq sahəsində formalaşdırdığı model ilə diqqət çəkir. Bakı isə getdikcə qlobal siyasi, iqtisadi və humanitar dialoqun əsas mərkəzlərindən birinə çevrilir”.

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 May 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri