Icma.az
close
up
RU
Gələn il bəzi məktəblərdə dərslər onlayn keçiriləcək RƏY

Gələn il bəzi məktəblərdə dərslər onlayn keçiriləcək RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sinifdə yalnız 2-3 şagird varsa, distant təhsil alternativ olacaq

“Ucqar kənd məktəblərində sosiallaşma problemi distant təhsil ilə həll ediləcək”

Şagird sayı az olan kənd məktəblərində distant təhsil modelinə keçid planlaşdırılır.

Elm və təhsil nazirliyi bu istiqamətdə növbəti tədris ilindən etibarən pilot layihəni icra edək.Məqsəd həm təhsilin keyfiyyətini artırmaq, həm də dövlət vəsaitindən daha səmərəli istifadə etməkdir. Nazirlik bu modeli uşaqların rahatlığı və müasir təhsil imkanlarına çıxışının genişləndirilməsi baxımından mümkün hesab edir.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə toxunaraq mövcud vəziyyətlə bağlı diqqətçəkən məqamları xatırladıb. Nazir “Real TV”yə müsahibəsində bildirib ki, ölkədə elə bölgələr var ki, həmin məktəblərdə bir şagirdə düşən xərc Bakının mərkəzində yerləşən özəl məktəblərin təhsil haqqından daha yüksəkdir. Onun sözlərinə görə, bu cür kənd məktəblərinin sayı onlarla deyil, yüzlərlədir və cəmiyyət bunu hər zaman hiss etməsə də, söhbət dövlət vəsaitindən gedir və bu məsələ olduqca önəmlidir.

Emin Əmrullayev qeyd edib ki, şagird sayı çox az olan məktəblər adətən yüksək keyfiyyətli təhsil göstəriciləri ilə seçilmir. Sinifdə cəmi 3–4 şagirdin olduğu şəraitdə effektiv pedaqoji prosesin qurulmasının çətin olduğunu deyən nazir, normal sayda şagirdi olan siniflərin daha səmərəli olduğunu vurğulayıb. O, həmçinin bəzi məktəblərdə işləyən heyətin sayının şagirdlərin sayından iki dəfə çox olduğunu xatırladaraq, məhz bu səbəblərdən distant təhsil modelinin gündəmdə olduğunu bildirib.

Təhsil eksperti Elçin Süleymanov Sherg.az-a açıqlamasında bildirib ki, lokal şəkildə şagird sayı az olan məktəblərdə distant təhsilə keçidin tətbiq olunması başa düşüləndir:

“Nazirin də qeyd etdiyi kimi ucqar məktəblərdə təhsil verənlərin sayı çox, təhsil alanların sayı isə azdır. 2026–2027-ci tədris ilindən etibarən şagird sayı az olan, yəni bir sinifdə maksimum üç-dörd şagirdin təhsil aldığı məktəblərdə dərslərin distant formada təşkili nəzərdə tutulur. Hazırda təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması prosesi aparılır və bu çərçivədə bəzi məktəblərin birləşdirilməsi gündəmdədir. Bəzi ərazilərdə məktəblərin kompleksləşdirilməsi, təhsil müəssisələrinin bir mərkəzdə birləşdirilməsi kimi imkanlar məhdud olduğu üçün təhsilin distant formada təşkili gündəmə gəlir. Burada əsas məqsəd keyfiyyətin artırılmasıdır. Çünki siniflərində iki-üç şagird olan məktəblər kompleksləşdirildikdə, məsələn, Qubadakı ucqar kənd məktəbi ilə Qazaxdakı ucqar kənd məktəbi eyni distant təhsil proqramına qoşula bilər. Yəni bu yanaşma dünyada daha çox inklüziv məqsədlərlə tətbiq olunur. Eyni zamanda, azkomplektli məktəblərdə də distant təhsilin tətbiq edilməsi, düşünürəm ki, həmin şagirdlərin təhsil keyfiyyətinin artmasına müsbət təsir göstərə bilər. Çünki məktəbdə müvafiq təhsil mühiti yoxdursa, bu metoddan istifadə oluna bilər. Sinifdə şagird sayı az olan mühitdə sosiallaşma da zəif olur və bu baxımdan distant təhsil alternativ kimi dəyərləndirilə bilər".

E. Süleymanovun sözlərinə görə, Covid 19 dövründə bir çox təhsil müəssisələri bucür təhsil metodundan istifadə edib və bununla əlaqəli həm şagirdlərdə həm də müəllimlərdə bacarıqlar formalaşıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri