Icma.az
close
up
RU
SƏS qəzeti redaksiyasında dəyirmi masa keçirilib...

SƏS qəzeti redaksiyasında dəyirmi masa keçirilib...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün SƏS qəzeti redaksiyasında “2003–2025-ci illər ərzində həyata keçirilən uğurlu dövlət siyasətinə həsr olunmuş” dəyirmi masa keçirilmişdir. Sözügedən toplantı SƏS qəzetinin təşkil etdiyi ənənəvi müzakirə platformalarından biri kimi diqqət çəkmişdir.

Dəyirmi masada Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər və elm adamları çıxış edərək son 22 ildə ölkənin sosial, iqtisadi və siyasi inkişafını təmin edən dövlət siyasətinin əsas istiqamətləri barədə fikir və dəyərləndirmələrini bölüşmüşlər. Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, millət vəkili Azər Badamov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Aydın Mirzəzadə, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov iştirak etmişdir.

Müzakirələr zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkənin davamlı inkişafına verdiyi töhfələr, sosial rifahın yüksəldilməsi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi xüsusi vurğulanmışdır.
Millet vekili Musa Quliyev çıxışında bildirdi ki,

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası çoxşaxəli və dinamik inkişaf yolu keçmiş, sosial, iqtisadi, hərbi və siyasi sahələrdə mühüm nailiyyətlər əldə edilmişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə “Suverenlik İli”nin elan olunması bu inkişafın məntiqi yekunu kimi çıxış edir və Azərbaycanın ən böyük tarixi uğurlarından biri hesab olunur. Bu qərar eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və ölkənin suverenliyinin tam bərpa olunması ilə üst-üstə düşərək xüsusi siyasi və simvolik məna daşıyır.

Müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun ən ali mərhələsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasıdır. Bu nailiyyətlər təsadüfi xarakter daşımır, uzunmüddətli və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir. Xüsusilə hərbi sənayenin formalaşdırılması, ordu quruculuğu prosesinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, vətənpərvər gənc nəslin yetişdirilməsi bu tarixi qələbələrin əsas təminatçısı olmuşdur.

Eyni zamanda, son 22 il ərzində ölkədə genişmiqyaslı sosial islahatlar aparılmış və sosial sahədə ciddi sıçrayışlar qeydə alınmışdır. Belə ki, bu dövr ərzində sosial müdafiə xərcləri 22 dəfə artmış, minimum əməkhaqqı 40 dəfə, orta aylıq əməkhaqqı 14 dəfə yüksəlmişdir. Minimum pensiya 15 dəfə, orta aylıq pensiya isə 20 dəfə artmışdır. Bu göstəricilər sosial siyasətin effektivliyini aydın şəkildə nümayiş etdirir və qeyd olunan artımların faizlərlə deyil, dəfələrlə ifadə olunması Azərbaycanın artan iqtisadi gücünün və dayanıqlı inkişaf modelinin bariz göstəricisi kimi dəyərləndirilir”

Millet vekili Azer Badamovun sözlerine göre,

”Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində həlledici nailiyyətlər əldə edilmiş, müstəqil Azərbaycan dövlətinin möhkəm təməli formalaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə dövlətçilik prinsipləri bərqərar edilmiş, siyasi və institusional əsaslar yaradılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu əsaslar üzərində müasir, güclü və dinamik inkişaf edən Azərbaycan dövləti yüksəlmişdir.

Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaş kimi tanınan dövlətlər sırasında yer alır. Uğurlardan bəhs edərkən xüsusilə vurğulanmalı məqam ölkənin iqtisadi gücüdür. Ümummilli lider Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri Azərbaycanın inkişaf strategiyasının əsas ideya xəttini təşkil etmişdir. Məhz bu baxımdan son 22 il ərzində əldə olunan nailiyyətlərin əsasını güclənən iqtisadi potensial, dayanıqlı inkişaf modeli və effektiv sosial-iqtisadi siyasət təşkil edir”

Daha sonra Millet vekili Aydın Mirzezade qeyd etdi ki, “1993-cü ilə qədər cənab İlham Əliyev artıq özünü perspektivli siyasi xadim kimi təsdiq etmişdir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) pedaqoji fəaliyyət göstərmiş, beynəlxalq münasibətlər sahəsində dərin bilik və təcrübə qazanmışdır. Həmin dövrdə ulu öndər Heydər Əliyev 1990-cı illərdə mərkəzi hakimiyyətdən kənarda saxlanılmasına baxmayaraq, təkcə Azərbaycanda deyil, bütövlükdə keçmiş SSRİ məkanında güclü siyasi nüfuza malik olmuşdur.

Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş, ölkənin daxili siyasi proseslərinə yaxından cəlb olunmuşdur. Onun yüksək təşkilatçılıq bacarığı və idarəetmə qabiliyyəti Dövlət Neft Şirkətində (SOCAR) çalışdığı dövrdə aydın şəkildə özünü göstərmişdir. Xüsusilə 1994-cü ildə imzalanan və Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi hesab olunan “Əsrin müqaviləsi”nin hazırlanması və həyata keçirilməsi prosesində cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Sonrakı illərdə imzalanan mühüm enerji sazişlərində də onun bilavasitə rolu olmuşdur.

Deputat kimi seçildiyi Qaradağ rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə xüsusi fond yaratmış, rayonun infrastrukturunun yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirmişdir. Məhz bu ardıcıl fəaliyyətin nəticəsi olaraq ulu öndər Heydər Əliyev Azərbaycan xalqını cənab İlham Əliyevə səs verməyə çağırmış, ona böyük etimad göstərərək bildirmişdir ki, İlham Əliyev Azərbaycanın qarşısında duran mühüm problemlərin həllinə qadir olan siyasi liderdir”

Siyasi elmler üzre felsefe doktoru Rufiz Qonaqov qeyd etdi ki, “

Cənab Prezident tərəfindən parlamentə ünvanlanan müraciət qanunverici orqanda müsbət qarşılanmış və dəstəklənmişdir. Bu hadisə bir daha Azərbaycan dövlət siyasətinin əsasını təşkil edən yüksək humanizm və sosial ədalət prinsiplərinin təntənəsi kimi qiymətləndirilə bilər. Azərbaycanda amnistiya aktlarının qəbul edilməsi ilk dəfə baş verən hadisə deyil. Əvvəlki illərdə də əfv fərmanları və amnistiya təşəbbüsləri həyata keçirilmiş, bu proseslərdə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülən humanist təşəbbüslər mühüm rol oynamışdır.

Xüsusilə Yeni il ərəfəsində qəbul edilən bu amnistiya aktı minlərlə məhbusun ailə üzvlərinə sevinc bəxş etmiş, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən rəğbətlə qarşılanmışdır. Eyni zamanda, qazilərimizin və şəhid ailələrinin yaxınlarının da amnistiya aktının əhatə dairəsinə daxil edilməsi dövlətin sosial həssas qruplara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Cənab İlham Əliyev 2003-cü ildən etibarən ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi ölkəyə rəhbərlik edərək, 22 illik prezidentliyi dövründə Azərbaycan tarixində görünməmiş uğurlara imza atmışdır. Bu dövrdə Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, artıq qlobal miqyasda söz sahibi olan, nüfuzlu və güclü dövlətə çevrilmişdir.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri