Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr olunmuş toplu çap olunub
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Страны Центральной Азии: история, общество и культура” (Mərkəzi Asiya ölkələri: tarix, cəmiyyət və mədəniyyət) adlı məqalələr toplusu işıq üzü görüb.
Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsində hazırlanan toplunun elmi redaktoru və layihənin rəhbəri şöbənin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədovadır.
XQ xəbər verir ki, topluda Mərkəzi Asiya regionunda ictimai-siyasi, tarixi, sosial-mədəni proseslərlə bağlı məsələlər nəzərdən keçirilir. Kitabda müxtəlif alimlərin Mərkəzi Asiya regionunda baş verən proseslərə siyasi, tarixi baxışları işıqlandırılır. Müəlliflər diqqəti milli identiklik, mədəni inteqrasiya və tarixi yaddaş məsələlərinə yönəldirlər. Bu nəşr Mərkəzi Asiyada həyata keçirilən müasir elmi araşdırmaların nəticələrini əks etdirməklə regional elmin inkişafına yardımçı olur.
Topluda Qazaxıstandan akademik Karlıqaş Nuqmanovanın “Transxəzər beynəlxalq nəqliyyat marşruru - Asiya və Avropa arasında qarşılıqlı əlaqələrin açarı”, Qırğızıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru siyasi elmlər doktoru Baktıkan Torogeldiyevin “Müasir qırğız xalqının siyasi mədəniyyətinin xüsusiyyətləri”, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının professoru filologiya elmləri doktoru Janna Tolısbayevanın “Qazaxıstan qadın nəsrində nə o cür deyil?”, eləcə də, AMEA-nın Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya şöbəsinin əməkdşalarından şöbə müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədovanın “Mərkəzi Asiyada islamın siyasiləşdirilməsi və desiyasətləşdirilməsinin öyrənilməsinin tarixşünaslıq aspektləri”, baş elmi işçi, siyasət elmləri doktoru Adil Mirabdullayevin “Xəzər regionu müasir dünya siyasətində” məqalələri və s. yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 17 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















