Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib

Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Konfransı açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini deyərək müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlandığını və qəbul olunduğunu vurğulayıb.

Akademik G.Baxşəliyeva müstəqilliyin ilk illərində çətin dövrlərini yaşamış Azərbaycan Respublikasının rəhbərliyinə 1993-cü ildə xalqın tələbi ilə qayıdan Ümummilli Lider Heydər Əliyevin ölkədə təhlükəli proseslərin qarşısını aldığını, ictimai-siyasi sabitliyi təmin etdiyini və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdığını bildirib. Vurğulayıb ki, məhz bu əsasda qəbul olunan Konstitusiya ölkəmizdə qanunvericilik sahəsində islahatların bünövrəsini qoyub.

Konstitusiyanın preambulasında bəyan edilən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının 30 ilə yaxın torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında olması səbəbindən tam təmin edilməsinin mümkün olmadığını deyən institut direktoru Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından tam azad etdiyini və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin indi artıq respublikanın bütün ərazilərində bərqərar olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi konfransda “Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: milli kimlikdən konstitusion hüquqa” mövzusunda məruzə edib. Məruzəçi əvvəlcə milli inkişaf tariximizdə rolu olan, ictimai fikrə “azərbaycanlı” sözünü kimlik olaraq gündəmə gətirən ictimai və dövlət xadimlərimizdən danışıb. Azərbaycançılıq milli ideologiyasının əsasının qoyulmasından söz açan professor S.Rüstəmova-Tohidi, həmçinin azərbaycanlıların qanunla təsbit olunmuş hüquqlarının Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd - 1918-ci il Bəyannaməsində, sovet dövründə, eləcə də müstəqillik illərində qəbul edilmiş konstitusiyalarda necə əks olunmasından bəhs edib.

Daha sonra konfransda “Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixi və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri