Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız Xocalı” adlı tədbir keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq 34 il öncə fevralın 26-da Xocalıda erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam həyata keçirdiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan akademik G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, uzun illər işğal altında qalmış Xocalının artıq azad olduğunu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının ucaldıldığını deyib.
İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü, direktor müavini dosent Elnur Mustafayev, elmi işçi Orxan Nəcəfov və başqaları ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı Xocalıda həyata keçirilən soyqırımının bəşər tarixində çox az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi olduğunu deyiblər. Çıxışlarda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Şərqşünaslıq İnstitutunun əməkdaşlarının gördüyü işlər - ərəb, fars, ingilis dillərində bukletlərin çap olunması, xarici ölkələrdə müxtəlif elmi jurnallarda, həmçinin qəzetlərdə, saytlarda məqalələrin dərc olunması, beynəlxalq elmi tədbirlərdə məruzələrin səsləndirilməsi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 24 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















