Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 oktyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Uşaq və Gənclər Ədəbiyyatı Yazıçıları Assosiasiyası, Qaziantep Uşaq və Gənc Ədəbiyyat Yazarları Dərnəyi, Qaziantep Valiliyi, Böyükşəhər Bələdiyyəsi, Qaziantep Universiteti, İslam Elm və Texnologiya Universiteti, Milli Təhsil Müdirliyi, UNESCO-nun Təhsil, Elm və Mədəniyyət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən “XII Beynəlxalq uşaq və gənclər ədəbiyyatı simpoziumu”nda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, F.Nəsirova simpoziumda “Səməd Behrəngi əsərlərində ailə institutu probleminin qoyuluşu” mövzusunda məruzə edib. Məruzədə ailənin cəmiyyətdəki yeri, tərbiyə prosesindəki funksiyası və mənəvi dəyərlərin formalaşmasındakı rolu müəllifin pedaqoji fikirləri və sosial realist baxışları əsasında geniş elmi təhlilə cəlb edilib. Qeyd olunub ki, uşaq ədəbiyyatında ənənəvi milli-mənəvi, əxlaqi-didaktik, ümumbəşəri ideyalar fonunda ictimai ədalətsizlik, sosial bərabərsizlik, maddi rifah, sinfi mübarizə, azadlıq uğrunda mücadilə kimi fundamental ideyaların aparıcı mövzulara çevrilməsi məhz Səməd Behrənginin adı ilə bağlıdır. Məruzədə uşaq və yeniyetmənin fərddən şəxsiyyətə təkamülü yolunda onu dəstəkləyən, hər qərarında yanında və ya əksinə, qarşısında yer alan ən müxtəlif ailələrin istər psixoloji, istər sosioloji aspektdən təsviri Behrəngi yaradıcılığının xarakterik xüsusiyyəti kimi səciyyələndirilib. Yazıçıya görə cəmiyyətin kiçik modeli – ailə sosial münasibətlərin nüvəsi rolunu oynamaqla həm inkişafın əsas mənbəyi, həm də geriliyin, tənəzzülün göstəricisidir. Qoruyucu funksiyası, əxlaq və mənəviyyatın təbliği, tərbiyələndirici missiyası ilə cəmiyyətin təkanverici qüvvəsi olan ailə etnik yaddaşın, folklorun, dilin daşıyıcısıdır. S.Behrənginin ailə institutu haqqında baxışlarının qruplaşdırılaraq mərhələli şəkildə təqdimi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri