Sertifikasiya imtahanından keçməyən tibb işçilərini nə gözləyir? AÇIQLAMA
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mövcud qanunvericiliyin tələblərinə əsasən, sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
“Bu zaman iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq əməkhaqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə qanuna müvafiq dəyişikliklər təklif olunur”, - deyə şöbə müdiri bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















