Sertifikasiya suallar bazası hər il 20% yenilənir Səhiyyə naziri
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, hazırda bazada 65 minə yaxın test və 6 min 450 klinik məsələ mövcuddur.
Nazir qeyd edib ki, yeni yanaşmaya əsasən imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq.
O bildirib ki, qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur:
“Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır".
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















