Icma.az
close
up
RU
Sertifikasiyadan keçə bilməyən müəllimin direktorla DAVASI “17 il işlədim, indi dərslərimi həyat yoldaşına verib”

Sertifikasiyadan keçə bilməyən müəllimin direktorla DAVASI “17 il işlədim, indi dərslərimi həyat yoldaşına verib”

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsilverənlərin sertifikasiya imtahanından müvafiq balı toplamadığı üçün işdən azad olunan ingilis dili müəllimi Vəfa Həsənova verilən qərarla razılaşmır.
Bizim.Media-ya müraciət edən müəllim Goranboy rayon Buzluq kənd tam orta məktəbində işləyib.
Onun sözlərinə görə, o, hər iki cəhddə müvafiq balı toplaya bilməyib və işdən azad olunub. Lakin müəllim öhdəsində birinci qrup əlil ailə üzvü olduğu üçün işinə xitam verilməsini qanunsuz hesab edir.
Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin əmək müqaviləsini ləğv edə bilməz.
Şikayətçi də həyat yoldaşının birinci qrup əlil olduğunu bildirib:
“Birinci qrup əlil xəstəyə baxıram. Məktəb direktoru Rəşad Ələkbərovun çirkin əməllərinin qurbanı olmuşam. Elm Və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında iki dəfə iştirak etmişəm və kəsilmişəm. Məktəbin direktoru məni sertifkasiya imtahanının qaydalarına uyğun olaraq işdən azad etməyib, qanunlara zidd olaraq aldadaraq, təzyiq göstərərək öz ərizəmlə işdən azad edib. Direktorun qanunsuz əməllərinə görə, mən Əmək Məcəlləsinin 79-cu maddəsinin bəndlərindəki güzəştlərdən məhrum edilmişəm”.
17 ildir müəllim kimi çalışdığını deyən Vəfa Həsənova iddia edib ki, direktorun bu addımı atmasına səbəb onun həyat yoldaşının da həmin məktəbdə ingilsi dili müəllimi işləməsidir:
“Direktor qanunsuz əməli ona görə edib ki, mənim dərslərimi MİQ (müəllimlərin işə qəbulu) sistemində vakant yer kimi gizlədib və dərsləri öz həyat yoldaşına verib”.
Gəncə Dövlət Humanitar Kollecini bitirən müəllim direktorun həyat yoldaşı olan məktəbin digər ingilis dili müəlliminin də sertifikasiya imtahanının birinci cəhdindən kəsildiyini vurğulayıb.
Məsələyə aydınlıq gətirmək üçün Goranboy rayon Buzluq kənd tam orta məktəbinin direktoru Rəşad Ələkbərovla əlaqə saxladıq.
Məktəb direktoru Bizim.Media-ya bildirdi ki, Vəfa Həsənova sertifikasiya imtahanından azad olunduğuna dair müvafiq sənədləri təqdim etmədiyi üçün qanunauyğun olaraq imtahanda iştirak edib.
Direktor müəlimin hər iki cəhddə müvafiq balı toplamadığı üçün öz ərizəsi ilə işinə xitam verildiyini deyib:
“Təəssüf ki, imtahanda müvafiq balı toplaya bilməyib. Vəfa Həsənovanın himayəsində birinci qrup əlil ailə üzvünün olmasına dair rəsmi sənəd,  yəni onun nikah haqqında şəhadətnaməsi yoxdur”.
Məktəb rəhbəri həmin məktəbdə ingilis dili müəllimi işləyən həyat yoldaşı ilə bağlı məsələyə də aydınlıq gətirib.
Onun sözlərinə görə, həyat yoldaşı sertifikasiya imtahanının birinci cəhdində müvafiq balı toplamasa da, ikinci cəhddə yüksək nəticə göstərib.
 

Qeyd edək ki, “Təhsil haqqında” Qanuna görə, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.


Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikasiya imtahanından azaddırlar. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikasiyada iştirakı isə könüllüdür.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri