Icma.az
close
up
RU
Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ dən CAVAB

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ dən CAVAB

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikasiya imtahanlarından sonra bəzi təhsilverənlər təqdim olunan suallarla bağlı müxtəlif iradlar səsləndirirlər. Həmin müəllimlərin iddiasına görə, imtahanda onlara ixtisaslarına aid olmayan, riyaziyyat məzmunlu suallar təqdim edilib. Tarix müəllimləri isə kurikulum üzrə sualların həddindən artıq çətin olduğunu və bəzi hallarda düzgün tərtib edilmədiyini bildirirlər.

Bununla yanaşı, texnologiya müəllimləri də saytımıza müraciət edərək bir sıra suallarla bağlı narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, bəzi suallar kökündən yanlış qurulduğundan həmin sualların birmənalı şəkildə ləğv edilməsi və məsələyə hüquqi qiymət verilməsi zəruridir.

Redaktor.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, son günlər sertifikatlaşma prosesində bəzi fənlər üzrə test tapşırıqları ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

"Bildiririk ki, qüvvədə olan qaydalara əsasən, hər bir iştirakçı imtahandan sonra təqdim olunmuş test tapşırıqları ilə tanış olmaq, cavablarını təhlil etmək və nəticələrlə bağlı narazılığı olduğu halda bir ay müddətində apellyasiya müraciəti etmək hüququna malikdir.

Hazırda daxil olan apellyasiya müraciətlərinə müəyyən edilmiş prosedurlara uyğun qaydada baxılır. İstifadə edilmiş sual tapşırıqlarının müvafiq fənn və metodika mütəxəssisləri tərəfindən təhlili davam etdirilir. Qeyd edək ki, test nəticələri sualların etibarlılığını, çətinliyini, uyğunluğunu və digər göstəricilərini araşdıran psixometrik təhlillərə müvafiq şəkildə qiymətləndirilir.  

Apellyasiya müraciətlərinə baxılması prosesi başa çatdıqdan və nəticələr qiymətləndirildikdən sonra sertifikatlaşdırma ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlərə dair ətraflı məlumat təqdim olunacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri