Icma.az
close
up
RU
Sertifikatı ləğv olunan plastik cərrah AZƏRBAYCANDAN GETDİ

Sertifikatı ləğv olunan plastik cərrah AZƏRBAYCANDAN GETDİ

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış plastik cərrah Mübariz Məmmədli sertifikasiya şəhadətnaməsinin ləğv olunmasından danışıb.

O, “Yeni Sabah”a açıqlamasında deyib ki, məsələ ilə bağlı hüquqi prosedurlar tam yekunlaşmayıb.

“Bildirmək istəyirəm ki, sertifikasiya şəhadətnaməmin ləğvi ilə bağlı qərarın qanuniliyi məhkəmə mübahisəsinin predmetidir və bu məsələyə yekun hüquqi qiymət hələ verilməyib. Buna baxmayaraq, bəzi media orqanlarında sanki məsələ tam həll olunmuş kimi təqdim edilir ki, bu da ictimaiyyətdə yanlış fikir formalaşdırır”, - həkim bildirib. pizza

Onun sözlərinə görə, artıq Azərbaycanı tərk edib və hazırda Avropada fəaliyyət göstərir:

“Hazırda Avropada plastik cərrah kimi işləyirəm, beynəlxalq tibbi tədbirlərə, elmi konfranslara, tədris proqramlarına qatılıram. Peşəkar fəaliyyətim beynəlxalq səviyyədə davam etdiyi halda, Azərbaycanda həkimlərə qarşı aparılan qeyri-şəffaf və mübahisəli qərarlar ölkənin tibb sisteminin nüfuzuna mənfi təsir göstərir”.

M.Məmmədli bildirib ki, hüquqlarını qorumaq üçün bütün qanuni imkanlardan istifadə edəcək:

“Təəssüf ki, son illərdə yaranmış vəziyyət bir çox təcrübəli həkimlərin ölkədən kənarda fəaliyyət göstərməsinə səbəb olub. Əgər peşəkarların hüquqları qorunmasa və qərarlar şəffaf hüquqi əsaslarla qəbul edilməsə, Azərbaycan gələcəkdə də dəyərli tibbi kadrlarını itirmək riski ilə üzləşə bilər. Mən hüquqlarımın müdafiəsi üçün bütün qanuni vasitələrdən istifadə etməyə davam edəcəyəm və məhkəmənin obyektiv qərar verəcəyinə inanıram”.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Mübariz Məmmədlinin plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinin ləğv edildiyi, həmçinin məhkəmələrin onun bu qərarın ləğvi ilə bağlı iddiasını təmin etmədiyi bildirilmişdi.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri