Icma.az
close
up
RU
Şərurlu İsfəndiyar böyük qalmaqaldan danışdı: 1 milyon verdi, sonra nə oyun çıxardısa...

Şərurlu İsfəndiyar böyük qalmaqaldan danışdı: 1 milyon verdi, sonra nə oyun çıxardısa...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, iş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə “Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.

Bildirilib ki, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verib. 

Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. 

Axırıncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini verib. 

Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib.

Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.

Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25.000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.

"Azadlıq” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzini başqasına satdıqdan sonra cavabdeh iddiaçıya həmin əraziyə yaxın "Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib.

2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.

Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.

Qeyd edək ki, "Şərur” MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, "Şərurulu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova məxsusdur.

Bəs “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov Ali Məhkəmənin qərarı ilə razıdırmı? Təyin olunan 482.000 ABŞ dolları məbləğində vəsaiti ödəyəcək, yoxsa əlavə hüquqi addımlar atacaq?

Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında İsfəndiyar Axundov Rəşid Süleymanovun irəli sürdüyü iddiaların tamamilə əsassız olduğunu bildirib.

Onun sözlərinə görə, proses hələ bitməyib:

“Əvvəllər iş adamı Rəşid Süleymanovla yaxşı münasibətimiz vardı. Günün birində Rəşid Süleymanov qeyri-yaşayış sahəsinin alınması ilə bağlı “Şərur” MTK-ya müraciət etdi. Nəticədə şirkət onun müraciətinə müsbət cavab verdi.

Beləliklə, Rəşid Süleymanov Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün investisiya şəklində şirkətə hissə-hissə cəmi 1 milyon ABŞ dolları məbləğində pul ödədi.

Bir müddətdən sonra Rəşid Süleymanov pulunu geri istədi. Onun tələbi ilə şirkət 1 milyon ABŞ dolları məbləğində pul geri qaytardı. Şirkətdə çalışanlar hər kəs pulun geri qaytarılmasına dair rəsmi sənədlərə qol çəkdi. İndi Rəşid Süleymanov 18 ildən sonra şirkəti məhkəməyə verib.

Halbuki pulun geri qaytarılmasına dair əlimizdə rəsmi sənədlər var. Hazırda Rəşid Süleymanov iddia edir ki, ona catacaq pul şirkət tərəfindən tam şəkildə ödəniməyib, pulun bir hissəsi qalıb. O iddia ərizəsində qeyd edir ki, 1 milyon ABŞ dolları məbləğində əlavə şirkətə daha 88 min dollar da verib.

Məlumat üçün bildirim ki, birinci və ikinci instansiya məhkəməsi onun iddalarını əsassız sayıb. Bundan sonra qanunvericiliyə uyğun olaraq Rəşid Süleymanov Azərbaycan Respublikasının Ali Məhkəməsinə məlum işlə bağlı müraciət edib. Orada nə oyun çıxardısa, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.

Halbuki pullar tam şəkildə Rəşid Süleymanova qaytarılıb, hamı da sənədlərə qol çəkib. Bir daha qeyd edim ki, buna dair əlimizdə rəsmi sənədlər var. Məhz birinci və ikinci instansiya məhkəməsində özüm şəxsən iştirak etmişəm, hakimlər onun iddiasını əsasız sayaraq rədd ediblər. Ali Məhkəmə isə bizi dinləmədən Rəşid Süleymanovun xeyrinə belə bir qərar çıxarıb”.

İsfəndiyar Axundov qeyd edib ki, hazırda proses bitməyib, iş davam edir:

“Hazırda Ali Məhkəmənin məlum qərarına etiraz olaraq müxtəlif dövlət qurumlarına yazılı şəkildə müraciət ünvanlamışam. Dinləmədən Ali Məhkəmə belə bir qərar verir. Birinci və ikinci instansiya məhkəməsi uduzub, üçüncü mərhələdə necə qazana bilər? Adam 18 il sonra deyir ki, şirkətə pul vermişəm, tamamilə cəfəngiyyatdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri