Icma.az
close
up
RU
“Şərurlu İsfəndiyar” canını 2 il həbslə qurtara bilər 9 gün sonra QANDALLANACAQ?

“Şərurlu İsfəndiyar” canını 2 il həbslə qurtara bilər 9 gün sonra QANDALLANACAQ?

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Məni həbs edin, canım qurtarsın...” – bu, “Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundovun məhkəmədə dediyi sözlərdir. İsfəndiyar Axundovu məhkəməyə çəkən isə “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur.

Redaktor.az xəbər verir ki, İsfəndiyar Axundov Emil Səməndərovu, onun barəsində yekun məhkəmə qərarı olmadan dələduz adlandırıb.

Sonuncu bu sözləri böhtan və təhqir hesab etdiyindən Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət təqdim edib. 

İsfəndiyar Axundov düz 6 məhkəmə iclasına gəlməyib. Əslində, bu əməl məhkəməyə sayğısızlıq kimi dəyərləndirilə bilər. Onu yerinə elə xüsusi ittihamçı Emil Səməndərov olsaydı, yəqin ki, barəsində bir tədbir görülərdi. İsfəndiyar Axundov əsaslı bir səbəb göstərmədən məhkəmənin çağırışlarına gəlməyib və ona “gözün üstə qaşın var” deyən də olmayıb.

 Maraqlıdır ki, vəkili bunu İsfəndiyar Axundovun savadsızlığı ilə izah edib.

“Onun savadı yoxdur, hüquqi prosesləri anlamır”, - bu da vəkilinin sözləridir.  İsfəndiyar Axundov məhkəməyə gəlmək istəmir, amma məhkəməyə gəlmədiyi üçün verilən həbs qətimkan və ölkədən çıxış qadağası vəsatətlərinə də etiraz edir. Özü hesab edir ki,  kimsə onu aldada bilməz, amma hər kəs onu günahkar saya bilər.

 “Məhkəmənin gedişini necə qiymətləndirirsiniz?” sualına verdiyi cavabı da, İsfəndiyar Axundovun cəzasız qalacağına güvənci kimi də dəyərləndirmək olar. O, hakimin 6 çağırışını iqnor edib məhkəmə prosesi getmir və “Get, hakimdən soruş…”, deyir.

Məhkəmədə bir tərəfdə şikayətçi Emil Səməndərov, o biri tərəfdə isə özünü “qurban” kimi təqdim edən İsfəndiyar Axundov dayanıb.

Görəsən, İsfəndiyar Axundovun “savadım yoxdur” müdafiə xəttini seçməsi xilas edəcəkmi? Onu qarşı tərəfi dələduz adlandırmasının məsuliyyətindən azad olunmasına yol açacaqmı?

Bəlkə də, biz bu məhkəməyə hüquqi hadisə kimi yox, ictimai dram kimi baxmalıyıq. Axı burada artıq söhbət təkcə böhtandan, təhqirdən getmir. Bu işin simasında zənginlik, məsuliyyətsizlik və cəzasızlıq görünür.

İsfəndiyar Axundovun hələ də azadlıqda olmasını sadəcə hüquqi prosesin təmkinliyi kimi qiymətləndirmək də çətindir. Bu, ədalətin yubanmasına bəraət qazandırmır. İsfəndiyar Axundovun “xahiş etmişəm ki, məni həbs etsinlər” deməsi də ziddiyyətlidir. Cinayət törətməkdə ittiham edilən İsfəndiyar Axundov məhkəmədə özünü günahsız bilir, amma həbs olunmaq istədiyini deyir. Görəsən, bu hansı hüquq fəlsəfəsində yazılıb?

Bəs İsfəndiyar Axundov özü demişkən, “can qurtaran” cəzanın müddəti nə qədər ola bilər? 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, əgər İsfəndiyar Axundova qarşı irəli sürülmüş ittihamlar Cinayət Məcəlləsinin 147.2-ci (böhtan – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmə) və 148-ci (təhqir) maddələri üzrə təsdiqlənərsə, məhkəmə onun barəsində azadlıqdan məhrumetmə də daxil olmaqla, bir neçə cəzadan birini seçə bilər:

-Bu maddələr xüsusi ittiham qaydasında baxılan işlərə aiddir. Yəni belə işlərdə ittihamçı kimi dövlət ittihamçısı deyil, zərərçəkmiş şəxs, bu halda Emil Səməndərov özü ittihamı irəli sürüb və cinayət təqibinə başlayıb.

Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsi, yəni böhtan atma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmədir. Bir şəxsin barəsində məhkəmə hökmü olmadan ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etmək cinayət məsuliyyəti yaradır. Belə əmələ görə məhkəmə  cəza tədbiri olaraq 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verə bilər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi, yəni təhqir etmə, şərəf və ləyaqətin alçaldılmasıdır. Təhqir ictimai şəkildə, KİV vasitəsilə və ya ictimai çıxışda ifadə edilərsə bu halda 500 manatdan 1000 manatadək cərimə, və ya 1 ilədək islah işləri cəzası verilə bilər. Hakim 6 ayadək azadlığın məhdudlaşdırılması cəzası da təyin edə bilər.

Natiq Ələsgərov deyib ki, əgər İsfəndiyar Axundovun əvvəllər məhkumluğu yoxdursa, ictimai fəaliyyəti və yaşı, həmçinin zərərin xarakteri və məhkəmədəki davranışı yüngülləşdirici hallar sayılarsa, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə deyil, cərimə, şərti cəza və ya ictimai işlər kimi yüngül alternativ cəzalarla kifayətlənə bilər.

Bununla belə, xüsusi ittihamçı İsfəndiyar Axundovun ona böhtan və təhqiri qəsdən və ictimai şəkildə etdiyini sübut etsə, eyni zamanda İsfəndiyar Axundov prosesi uzatmaqda və iştirakdan yayınmaqda davam etsə,  əvvəllər də bu tip hallara yol veribsə, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə cəzası da təyin edə bilər. İttihamlar sübuta yetirilsə, İsfəndiyar Axundovu maksimum olaraq 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Amma bu, məhkəmənin sonda verəcəyi faktiki sübutlara əsaslanan qərardan asılı olacaq.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin olunub. Həmin gün İsfəndiyar Axundov üçün azadlığın son günü ola bilər (musavat.com).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri