Əhaliyə ŞAD XƏBƏR 3 milyon vətəndaşın gəliri artacaq
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
"2027-ci ildə Azərbaycanda yeni sosial paketin həyata keçirilməsi nəzərdə tutulur. Paket çərçivəsində minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artırılması gözlənilir".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsindən əlavə 1,8 milyard manat vəsaitin yönəldilməsi planlaşdırılır:
"Prezident tərəfindən bu istiqamətdə artıq müvafiq göstəriş verilib. Yeni sosial paketin gələn il təxminən 3 milyon vətəndaşı əhatə edəcəyi gözlənilir. 2027-ci ildə sosial istiqamət üzrə büdcə xərclərinin ümumi həcmi 18,7 milyard manata çatacaq. Bu məbləğ dövlət büdcəsinin ümumi xərclərinin 44 faizindən çoxunu təşkil edəcək".
Vüqar Bayramov əlavə edib ki, sosial paketdən yararlanacaq vətəndaşların 1 milyon 100 min nəfəri əmək pensiyası alan şəxslər olacaq:
"Minimum əməkhaqqının artırılması nəticəsində isə təxminən 700 min vətəndaşın əməkhaqqında artım baş verəcək. Bununla yanaşı, sosial müavinətlərin və təqaüdlərin yüksəldilməsi də digər vətəndaşların gəlirlərinə müsbət təsir göstərəcək.
Nəzərdə tutulan tədbirlərin miqyası baxımından 2027-ci il ölkənin sosial təminat sistemində mühüm dəyişikliklərlə yadda qalacaq".
Orxan Hüseyn
Baxış sayı:118
Bu xəbər 25 Noyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















