Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Bəzi MDB ölkələrində texnika təmiri sahəsində vətəndaşların aldadılması ilə bağlı geniş yayılmış dələduzluq sxemləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Roskaçestvo yayıb.
Məlumata görə, ən çox rast gəlinən fırıldaq üsullarından biri detalların dəyişdirilməsi ilə bağlıdır. Belə ki, servis mərkəzləri müştəriyə “orijinal hissə” vəd etsə də, əslində ucuz surət detallar quraşdırılır və buna görə yüksək məbləğ tələb olunur.
Bəzi hallarda isə ustalar cihazın içərisindəki bahalı komponentləri çıxararaq onların yerinə nasaz və ya köhnə hissələr yerləşdirirlər.
Nəticədə texnika bir müddət işləsə də, problemlər adətən zəmanət müddəti başa çatdıqdan sonra üzə çıxır.
Digər yayılmış üsul təmir müddətinin süni şəkildə uzadılmasıdır. Müştəriyə işin qısa zamanda bitəcəyi deyilsə də, sonradan proses uzadılır və işi sürətləndirmək üçün əlavə ödəniş tələb olunur.
Həmçinin, sadə nasazlıqla müraciət edən müştərilərə mövcud olmayan ciddi problemlər “tapılır” və təmir xərci bir neçə dəfə artırılır. Bəzi hallarda yekun məbləğin ilkin qiymətdən təxminən 4 dəfə çox olduğu bildirilir. (Müsavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 25 Mart 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















