Serxio Ramos Sevilya nın rəhbəri ola bilər
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Əfsanəvi ispaniyalı müdafiəçi Serxio Ramos doğma klubu "Sevilya"nın əsas səhmdarına çevrilməyə yaxındır.
QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, sabiq futbolçunun rəhbərlik etdiyi investisiya qrupu ilə klub rəhbərliyi arasında səhmlərin böyük hissəsinin alınmasına dair ilkin razılıq əldə olunub.
Təxminən 450 milyon avro dəyərində qiymətləndirilən müqavilə çərçivəsində yeni sahiblərin kluba 80-100 milyon avro investisiya yatıracağı bildirilir. Bu vəsaitin klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və heyətin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, idarəçilikdə dəyişiklik baş verəcəyi halda, Serxio Ramosun klub prezidenti vəzifəsinə keçməsi də istisna olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 12 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















