Serxio Ramos “Sevilya” klubunu alır COPE
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Sevilya”nın keçmiş müdafiəçisi Serxio Ramos klubun sahibi olmağın bir addımlığındadır.
Yeniavaz.com xəbər verir ki, bu barədə COPE mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, tərəflər arasında danışıqlar uğurla davam edir və razılaşmanın bağlanma ehtimalı olduqca yüksəkdir.
Ramos klubun hazırkı səhmdarları ilə danışıqlar aparan “Five Eleven Capital” investisiya şirkəti ilə birlikdə prosesdə iştirak edir.
Mənbənin sözlərinə görə, yekun razılaşma bu gün bağlana bilər.
Qeyd edək ki, daha əvvəl mətbuatda “Sevilya”nın mümkün satış qiymətinin təxminən 450 milyon avro olduğu bildirilirdi. İddialara görə, hazırkı səhmdarlar artıq sövdələşməyə ilkin razılıq veriblər.
Xatırladaq ki, Serxio Ramos “Sevilya” klubunun yetirməsidir. O, 2003-cü ildən 2005-ci ilə qədər “Sevilya” komandasında oynayıb. Daha sonra o, 2023/2024 mövsümündə yenidən kluba qayıdıb.
Serxio Ramos həmçinin, 2005-ci ildən 2021-ci ilə qədər “Real Madrid”də, 2021-ci ildən 2023-cü ilə qədər isə PSJ-də çıxış edib.
Bu mövzuda digər xəbərlər:Serxio Ramos 450 milyona Sevilya nı alır
26 Yanvar 2026 10:50
Serxio Ramos “Sevilya” klubunun sahibi OLACAQ?
26 Yanvar 2026 11:55
Serxio Ramos “Sevilya”nı almağa hazırlaşır
02 Yanvar 2026 15:05
Serxio Ramos Sevilya nın rəhbəri ola bilər
12 May 2026 19:04
Ramos “Sevilya”nı aldı
12 May 2026 16:38
Baxış sayı:54
Bu xəbər 12 May 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















