Sərxoş halda maşın sürən qadın polislərlə dava edib qaçdı Qəzaya düşdü VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Polisdən qaçan qadın sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Belə ki, Moskva Dairəvi Yolunda yol polisi əməkdaşları “Jaecoo J7” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən 37 yaşlı Marina T.-ni saxlayıb. Avtomobildən enən qadın polislərlə mübahisə etməyə başlayıb və sonradan maşına əyləşərək qaçmağa çalışıb. Ancaq bir müddət sonra qadın sürücü idarə etdiyi avtomobili yüksək sürətlə yol ayrıcındakı beton səddə çırpıb. Zərbənin təsirindən avtomobil iki yerə bölünərək deformasiyaya uğrayıb.
Qəza nəticəsində qadın sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 01 Dekabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















