Icma.az
close
up
RU
“Qaranlıqda böyüyən işıq” ANONS, VİDEO

“Qaranlıqda böyüyən işıq” ANONS, VİDEO

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rənglər insan talelərinin səssiz dilidir – biri sakitləşdirir, biri oyadır, digəri içimizdə gizlənən bir xatirəni yuxulardan çağırır... Hərə dünyanı öz rəngində görür... Və hər kəsin sevdiyi bir rəng var...

O isə doğulduğu gündən dünya işığına həsrət qalsa da, ağ və mavi rəngləri sevir. Ağ – təmizliyin rəmzi kimi sanki bütün çirkinlikləri öz üzərinə götürmək üçün yaranıb. Mavi isə səmanın nəfəsidir, insanın içindəki dərinliyi danışdıran sirli bir sükutdur...

Bəzən insan işığı gözləri ilə deyil, qəlbi ilə görür. Elə talelər var ki, qaranlıqda böyüsə də, işıq saçmağı bacarır. “525-ci qəzet”in 16 yanvar tarixli sayında jurnalist Tamilla M-Zadənin “Qaranlıqda böyüyən işıq” adlı müsahibəsi də məhz belə bir taledən, səsi ilə qaranlığı yarıb keçən bir işıqdan bəhs edir.

Yazıda 10 yaşlı Fatimə adlı balaca bir qızdan söz açılır. Görmə qüsuru olan bu qızcığaz əsl istedad sahibidir. Onun saf və təsirli səsi dinləyənləri heyran edir.

Müsahibədə Fatimənin vokal müəllimi Arzu Qurbanova, nənəsi Aygün Qafarova və Azərbaycan Milli Konservatoriyasının aparıcı konsertmeysteri Mahirə Quliyeva balaca istedad haqqında öz fikirlərini bölüşüblər.

Və bu hekayənin sonunda bir həqiqət dayanır:

Gün işığına həsrət qalan insanlar dünyanın görə bilmədiyi işığı tapır. Fatimə məhz həmin işığın adıdır. Gözləri qaranlığa açılsa da, səsi işıqda doğulub. Bu qızcığazın səsi qaranlığı yarıb keçən bir ümiddir, sabahdan soraq verən bir işartıdır. Fatimənin səsi elə bir gücün, elə bir inamın səsidir ki, oradan işıq hər zaman yol tapa bilir.

Nigar Abbasova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2026 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri