Icma.az
close
up
RU
“Sərxoş halda yola çıxan qadını maşın vurub, sürücünü həbs ediblər Bizdə hansı qanun işləyir?

“Sərxoş halda yola çıxan qadını maşın vurub, sürücünü həbs ediblər Bizdə hansı qanun işləyir?

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Hava Limanı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ictimaiyyətdə geniş rezonans yaradıb.
Avtosfer.az azxeber.com-a istinadən xəbər verir ki, jurnalist İlkin Muradovun sosial şəbəkədə paylaşdığı məlumat müzakirələrə səbəb olub. Belə ki, sərxoş vəziyyətdə olan bir qadın avtomobildən düşərək yolun ortası ilə hərəkət edərkən taksi tərəfindən vurulub. Ardınca isə qadın yerə yıxıldığı an başqa bir yük maşını onun üzərindən keçib.
Hadisə şahidləri və kamera görüntüləri qadının qəfil yola çıxdığını təsdiqləyir. İddiaya görə, qadının yaxınları taksi sürücüsündən şikayətçi olmayıb, çünki sürücü onlara maddi kompensasiya verib. Lakin yük maşınının sürücüsü ilə barışıq əldə olunmayıb və nəticədə şikayət qüvvədə qalıb. Nəticədə istintaq və məhkəmə orqanları yük maşınının sürücüsünü 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
"Bu, nə ictimai, nə də hüquqi ədalətə uyğundur”
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu cür qərarlar cəmiyyətdə ciddi narazılıq yaradır:
"Belə hallarda hüquqi baxış bucağı uzun illərdir dəyişmir. Məsuliyyətsiz piyadaların səbəb olduğu qəzalarda belə, günahkar kimi sürücülər tanınır. Halbuki video görüntülərdə açıq şəkildə görünür ki, hadisədə günah piyadadadır.
Buna baxmayaraq, sürücü həbs edilir. Bu, doğru yanaşma deyil. Mövcud praktika dəyişməli, daha ədalətli qiymətləndirmə aparılmalıdır.”
Muradlı əlavə edib ki, insanların taleyi ilə mexaniki qərarlarla oynamaq düzgün deyil:
"Bu hadisələr nə hüquqi, nə də mənəvi baxımdan ədalətlidir. Xarici ölkələrdə qəza nəticəsində ölümlərdə, əgər piyada günahkar sayılırsa, cinayət işi bağlanır. Azərbaycanda isə vəziyyət fərqlidir və bu da ciddi narazılıq yaradır.”
"Bəzi hallarda hadisələr qazanc vasitəsinə çevrilir”
Ekspert vurğulayıb ki, bəzən zərərçəkmiş tərəf bu hadisələrdən maddi məqsədlə istifadə edir:
"Hadisə qurbanlarının yaxınları bunu sanki pul qazanmaq fürsəti kimi görür. Bu, biabırçılıqdır və ədalət prinsiplərinə tamamilə ziddir.”
Muradlı həmçinin xatırladıb ki, ötən il Heydər Əliyev prospektində yaşlı qadını vuran sürücüyə dörd il icbari iş cəzası verilib, prokurorluq isə daha ağır – azadlıqdan məhrumetmə cəzası tələb edib:
"Heç bir sürücü bilərəkdən piyadanı vurmur. Amma qərarlarda bu məntiq nəzərə alınmır.”
Hüquqşünas: Qanun düzgündür, problem tətbiqdədir
Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, qanunda dəyişiklik etməyə ehtiyac yoxdur, əsas məsələ onun tətbiqindədir:
"Cinayət hüququnda əsas prinsip budur: hər kəs yalnız öz təqsirinə görə məsuliyyət daşıyır. Piyada icazəsiz yola çıxıbsa, bu düzgün deyil, amma bu fakt sürücünün məsuliyyətini tam aradan qaldırmır. Belə hallarda sürücünün cəzası yüngülləşdirilməlidir.”
Bəs, dünya təcrübəsində belə hadisələrə yanaşma necədir?
Rusiya Cinayət Məcəlləsi və Yol Hərəkəti Qaydaları sürücüləri əsas məsul şəxs hesab edir, lakin piyadanın da günahı sübuta yetirilərsə, sürücünün məsuliyyəti yüngülləşdirilə bilər. Əgər piyada icazəsiz yola çıxarsa, sürücü tam məsuliyyət daşımır. Ölüm və ya ciddi xəsarət hallarında, sürücü qəza anında diqqətini itirməyibsə, məsuliyyət azaldıla bilər.
Avropa ölkələrində də piyadanın səhvi ciddi şəkildə qiymətləndirilir. Ölüm hallarında, piyada qanunsuz yerdən keçibsə, cinayət işi çox vaxt bağlanır. Sağ qalan piyadalar üçün məsuliyyət nisbətən nəzərə alınır, sürücü yalnız diqqətsizlik və sürət həddini aşmaq kimi hallar zamanı cəzalanır.
ABŞ-da da qanunvercilik Rusiya və Avropadakına bənzərdi. Piyadanın səhvi (jaywalking və s.) cinayət məsuliyyətinə gətirib çıxara bilər, sürücünün məsuliyyəti azalır. Qəzaların təhlilində kamera və şahid ifadələri əsas rol oynayır. Əksər hallarda sürücülər yalnız qəza anında sürət və diqqət qaydalarını pozarsa cəzalanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri