Icma.az
close
up
RU
Sərxoş kişi küçədə avtomobili qaçırdı, narkotik və silahla tutuldu QƏRAR

Sərxoş kişi küçədə avtomobili qaçırdı, narkotik və silahla tutuldu QƏRAR

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə, qanunsuz silah gəzdirmə və qanunsuz narkotik saxlamada təqsirləndirilən Mirqadir Həşimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 25 mart 2022-ci il tarixdə, saat 04 radələrində Göyçay şəhəri Nizami küçəsində qeydə alınıb.

Belə ki, Mirqadir Həşimov tanışı ilə rayon ərazisində kafelərdən birində spirtli içki qəbul etdikdən sonra piyada şəkildə gəzib. Bu zaman o, küçədə dayanmış “VAZ-21060” markalı avtomobili gördükdən sonra birlikdə həmin maşını talama məqsədi olmadan qanunsuz ələ keçirib. Daha sonra Mirqadir və tanışı avtomobilin salonuna daxil olub və açarsız maşını işə salaraq hərəkətə gətirib. O, bir neçə saat ərzində maşını Göyçay şəhəri ərazisində idarə edib.

Bundan başqa, Mirqadir Həşimov 1 avqust 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan təmiz çəkisi 22,705 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və ov tüfənginin kəsiyi kürək nahiyəsinə aşkar edilərək götürülüb.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Mirqadir Həşimov 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 İyun 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see333

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see195

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see147

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see141

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see132

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see127

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see127

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see124

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see121

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see121

Şimali Koreyadan Yaponiyaya çağırış İkinci Dünya Müharibəsinə görə üzr istə

16 İyun 2025 13:09see120

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see120

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see119

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see119

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

16 İyun 2025 16:20see119

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see118

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see117

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

16 İyun 2025 16:21see115

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

16 İyun 2025 19:51see114

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

16 İyun 2025 17:08see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri