AMEA Ədəbiyyat İnstitutunda Şimşəkdən sonra kitabının müzakirəsi keçirildi (FOTO)
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB və Yazarlar.az saytının iştirakı ilə "Yeni Ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində İlham Əzizin "Şimşəkdən sonra” kitabının müzakirəsini keçirib.
Tədbirdə iştirak edən YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB İH-nin sədri, yazıçı Məqsəd Nur "Şimşəksən sonra" kitabı haqqında tənqidi fikirlərini söyləyib, ədəbi mətnlərin konseptual təhlili istiqamətində aparılan işlərin zəruriliyini vurğulayıb.
Tədbirin moderatoru, YeniSi İB-nin həmtəsisçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu "Şimşəkdən sonra" kitabını geniş təhlil edib, həmçinin müasir Azərbaycan ədəbiyyatının perspektivləri problemindən danışıb. Tədbirdə toxunulan problem ətrafında geniş müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 İyun 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















