Icma.az
close
up
RU
18 iyun İnsan Hüquqları Günü: Hüquqi dövlətdə ədalət, suverenlik və vətəndaş dəyərlərinin bayramı

18 iyun İnsan Hüquqları Günü: Hüquqi dövlətdə ədalət, suverenlik və vətəndaş dəyərlərinin bayramı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrün hüquqi və siyasi reallıqları sübut edir ki, insan hüquq və azadlıqlarının təmin olunması və müdafiəsi hər bir müstəqil dövlətin demokratik inkişaf göstəricisinin başlıca meyarlarından biridir. Hüquqi dövlətin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və qanunun aliliyinin təmin olunması prosesində insan hüquqlarının müdafiəsi ali konstitusion dəyər kimi çıxış edir. Bu kontekstdə, 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunması xüsusi əhəmiyyət kəsb edir və heç də, təsadüfi xarakter daşımır.

Bu əlamətdar günün təsis edilməsi Azərbaycan Respublikasının insan hüquqlarının qorunmasına sadiq dövlət kimi beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərinə və milli dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir. Məhz bu məqsədlə, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev 18 iyun 1998-ci il tarixində “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamış və həmin günün İnsan Hüquqları Günü kimi qeyd olunmasını rəsmiləşdirmişdir. Sözügedən Sərəncamla dövlət səviyyəsində insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsası qoyulmuş, bu istiqamətdə vahid və sistemli fəaliyyət proqramının həyata keçirilməsinə start verilmişdir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətçiliyin hüquqi bünövrəsini təşkil etməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının tanınması və təmin olunmasını dövlətin ali məqsədlərindən biri kimi bəyan etmişdir. Konstitusiyanın ümumi prinsiplərini müəyyən edən əsas müddəalarda açıq şəkildə qeyd olunur ki, " İnsan ləyaqəti qorunur və ona hörmət edilir." 

Konstitusiyanın müvafiq müddəaları ilə insan hüquq və azadlıqlarının toxunulmazlığı, qanun qarşısında bərabərlik, ədalətli məhkəmə araşdırması hüququ, şəxsi toxunulmazlıq, fikir, söz və vicdan azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququ, təhsil alma və sosial təminat hüququ kimi fundamental prinsiplər hər bir vətəndaşa hüquqi zəmanət kimi təqdim olunur. Bu isə Azərbaycanın hüquqi dövlət kimi inkişaf yolunda insan amilini prioritet qəbul etdiyini, vətəndaşların rifahını və hüquqlarının müdafiəsini ali dəyər səviyyəsinə yüksəltdiyini göstərir. Ümummilli lider Heydər Əliyev hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Onun təşəbbüsü ilə 1998-ci ildə qəbul edilən “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə atılmış ilk sistemli və strateji addım olmuşdur. Bu sənədin qəbul olunması ilə Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə daha səmərəli şəkildə əməl etməyə başlamış, hüquqi və institusional mexanizmlər təkmilləşdirilmişdir.

2024-cü ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi və siyasi inkişaf strategiysını müəyyən edən fundamental dəyərlərə verilən yüksək qiymətin bariz təzahürüdür. Bu təşəbbüs həmçinin, insan hüquqları kontekstində də xüsusi aktuallıq kəsb edir. Belə ki, suverenlik anlayışı yalnız dövlətin beynəlxalq aləmdə müstəqil subyekt kimi tanınması ilə məhdudlaşmır. Bu anlayış eyni zamanda hüquqi, iqtisadi və sosial sahələrdə müstəqil qərarvermə və idarəetmə imkanlarını ehtiva edir. Suveren bir dövlətin əsas göstəricilərindən biri isə, heç şübhəsiz, insan və vətəndaş hüquq və azadlıqlarının tam və effektiv şəkildə təmin olunmasıdır.

Konstitusiya, bu suverenliyin hüquqi əsasını təşkil edən ali normativ sənəd olaraq, dövlət-vətəndaş münasibətlərini tənzimləyən çərçivədir. Bu gün, hüquqi dövlət quruluşunun ayrılmaz tərkib hissəsi olan hüquq və azadlıqların təbliği, müdafiəsi və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinə daim sadiq qalaraq  beynəlxalq və regional qurumlarla səmərəli və davamlı əməkdaşlıq həyata keçirmişdir. Bu əməkdaşlıq çərçivəsində ölkədə Milli İnsan Hüquqları üzrə Fəaliyyət Proqramları qəbul olunmuş, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu yaradılmış, məhkəmə-hüquq islahatları, hüquqi yardım xidmətlərinin genişləndirilməsi və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Bununla belə, insan hüquqlarının tam və effektiv təminatı sahəsində yalnız dövlətin deyil, vətəndaş cəmiyyətinin fəal iştirakı zəruridir. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti, medianın və ictimai nəzarət mexanizmlərinin rolu hüquqi dövlətin funksionallığını və şəffaflığını gücləndirən mühüm amillərdəndir.

18 iyun eyni zamanda hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin təbliğ edilməsi günü kimi çıxış edir. Bu tarixdə vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, hüquqların qorunması yollarının öyrədilməsi və hüququn gündəlik həyatda tətbiqinin təşviqi baxımından əhəmiyyətli bir fürsətdir. Hüquq sadəcə kağız üzərində yazılmış normativ sənəd deyil, o, cəmiyyətdə ədalətin, nizamın və rifahın təmin olunmasına xidmət edən canlı və funksional bir sistemdir.

18 iyun – İnsan Hüquqları Günü hüququn aliliyinin, insan dəyərinin və ədalətli cəmiyyət quruculuğunun fəlsəfəsinin ifadəsidir. Bu gün, hüquqi dövlətin təməl prinsiplərinin cəmiyyətin bütün təbəqələrinə aşılanması, insan hüquqlarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və hər bir fərdin bu prosesdə üzərinə düşən məsuliyyəti dərk etməsi baxımından mühüm çağırış xarakteri daşıyır. Hüquqları tanımaq və müdafiə etmək təkcə dövlətin deyil, vətəndaş olaraq hər birimizin mənəvi və hüquqi borcudur.

Əziz QASIMOV,

Naxçıvan MR Ali Məclisinin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri