Icma.az
close
up
RU
“Səs yazısına qulaq asandan sonra bildim ki, Cəlaləddin necə şəhid olub...”

“Səs yazısına qulaq asandan sonra bildim ki, Cəlaləddin necə şəhid olub...”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdaş, 3 oktyabr, Günel Türksoy, AZƏRTAC

2020-ci ilin 27 sentyabrı… Bu, Azərbaycanın yaxın tarixinin unudulmaz bir günüdür. Həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsində Zəfərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə minlərlə igid oğlumuzun canı, qanı, əzmi bahasına qazanıldı.

Şəhidlik sadəcə bir ölüm deyil, bir zirvədir. Bu zirvəyə ucalan hər bir qəhrəman, təkcə öz ailəsinin deyil, bütöv bir xalqın övladına çevrilir.

Bu dəfə barəsində danışacağımız şəhid qəhrəmanımız Cəlaləddin Fərhadovun həyatı cəmi 19 il davam edib, amma iz buraxdığı yollar yüz illər boyu yaddaşlarda yaşayacaq. Anası üçün o, evin sonbeşiyi, bir ömürlük yaralı xatirə, döyüş yoldaşları, komandirləri üçün qorxmaz və mərd əsgər, Vətən üçün isə azadlıq uğrunda canından keçən bir qəhrəmandır.

AZƏRTAC-ın əməkdaşı Vətən müharibəsinin beşinci ildönümündə 44 günlük müharibənin 43 günündə ön cəbhədə vuruşan, silahdaşlarına su gətirmək istəyən zaman düşmənin minaatan mərmisinə tuş gələrək şəhidlik zirvəsinə ucalan Cəlaləddin Fərhadovun anadan olduğu Ağdaş rayonunda onun anası Pərvanə Fərhadova ilə söhbətləşib.

Söhbət zamanı şəhid anası ötən beş ilin onlar üçün çox çətin keçdiyini bildirib:

“Cəlaləddin evin ən kiçiyi idi... Amma ürəyi hamımızdan böyük idi.

Zəhmətkeş idi, ailəsi üçün çox əziyyətlər çəkmişdi. Biz onu itirəndə elə bil hər şeyimizi itirdik. O, bizim evimizin ən şirin payı idi. Mənim üçün onun haqqında danışmaq hələ də çətindir. Ötən beş ildə hansısa bir yüngüllük tapmadıq. Əvvəl yuxularıma tez-tez girirdi. Hansısa bir çətinliyə düşəndə yuxuda mənə məsləhətlər verərdi. Hətta bacılarımın da yuxusuna girirdi. Amma son zamanlar onu yuxuda görmürəm”.

“Şəhid olacağını əsgərə getmədən qabaq hiss edirdi...”

P.Fərhadova oğlunda şəhid olacağı ilə bağlı hisslərin əsgərliyə getməzdən qabaq yarandığını xatırladır:

“O, hələ əsgərliyə getməmişdi. Çağırış kağızı gəlmişdi. Mən də onun əsgər olmağını çox istəyirdim. Çünki hərbi formaya xüsusi rəğbətim var. Bir gün söhbət zamanı dedi ki, ana, əsgər gedib qayıtmayacağam, görəcəksən. Mən də dedim ki, “dörd qardaşım əsgər gedib gəlib. Qonşuluqda bu qədər gedib-gələn var. Belə sözlər danışma”. Sonradan əsgər yoldaşları da təsdiq etdi ki, Cəlaləddinin şəhidliklə bağlı tamam başqa fikirləri var idi. Hərbi hissədə hamı yatarmış, Cəlaləddin isə bununla bağlı dua edərmiş.

Cəlaləddin şəhid olduğu ilk vaxtlarda mən başqa düşüncədə idim. Amma son 3 ildə mən hər gün Allahıma şükür edirəm ki, oğlumu bu ali bir zirvəyə layiq bilib. Baxmayaraq ki, dərdim böyükdür, onun yoxluğu çox çətindir. Həqiqətən də şəhidlər Allah tərəfindən seçilmiş bəndələrdir. Cəlaləddin rahatlıqla böyüyən uşaq olmayıb. Çətinliklərimiz çox olub. Allah onu nə qədər çox istəyibsə, elə bir ali məqama layiq bilib. Şəhid olmaq istəməklə də alınan məsələ deyil”.

Dağdakı bulaqdan su götürmək istəyərkən şəhid olub

Şəhid Cəlaləddin Fərhadov sentyabrın 27-dən Füzuli istiqamətindən döyüşlərə qatılıb. Noyabrın 8-də döyüş yoldaşlarına dağdakı bulaqdan su götürməyə gedərkən şəhid olub. Anası onun döyüş yolunu danışır:

“Cəlaləddin Füzuli batalyonundan döyüşlərə qatılıb. Laçın yoluna qədər döyüşüb. Onun komandiri ilə hələ də əlaqəmiz var. Tez-tez mənə zəng edib hal-əhvalımı soruşur. Komandir Şahin müəllim Cəlalədinin igidliyindən çox danışır. Ümumiyyətlə, bu barədə çoxu danışır, amma Şahin müəllimin danışdığı başqa bir şeydir. Xidmət etdiyi dövrdə Əlişahin adlı komandiri də çox dəyərli insan olub. Həmin komandirin Cəlaləddin haqqında hətta səs yazısı var. O insanın bir ay bundan əvvələ qədər hələ xəbəri yox idi ki, səs yazısı bizə gəlib çatıb. Deməli, Cəlalədinin ilinə bir ay qalmışdı. Deyirdilər ki, Cəlalədin su gətirən zaman, yolda şəhid olub. Anayam da, həmişə düşünürdüm, dua edirdim ki, bu məlumat mənə daha detallı gəlib çatsın. Yəni, həmin yerə necə gedib, necə şəhid olub...

Günlərin birində rayonumuzda fəaliyyət göstərən Humanitar Kollecdən bizə zəng vurdular ki, tələbələrlə birgə ziyarətə gəlmək istəyirlər. İçlərində 4-5 tələbə də var idi.

Bu gəliş sanki baş verən bir möcüzə idi. Çünki həmin eşitmək istədiyim xəbəri Allah mənim evimin içinə gətirib çıxardı.

Oğlumun şəklini görən kimi tələbələrdən biri qayıtdı ki, bu şəhid haqqında mənim atamın telefonunda səs yazısı var. Bu söhbəti danışanda hələ də bədənim quruyur. Dedi ki, həmin səs Cəlaləddinin komandirinin səsidir.

Dedim, oğul, ətraflı məlumat ver. Cavab verdi ki, Cəlaləddinin səsi atasının dostunun telefonundadır, mənim Ağdaşdakı kollecə qəbul olmağımı eşidəndə atamın dostu olan komandir o səsi atama atıb, deyib Cəlaləddinin komandirin səsidir. Deyib ki, mənim o rayondan Cəlaləddin adlı şəhidim var. Oğlan evə gedən kimi də atasından həmin komandirin səs yazısını mənə göndərdi .

Bu səsə qulaq asandan sonra içim elə rahat oldu ki... Səs yazısında komandir onun haqqında məlumat verib. Mən artıq bildim ki, Cəlaləddin necə şəhid olub.

Deməli, onlar 4 nəfər döyüş yoldaşı olublar. Laçın yolu istiqamətində dağdakı bulaqdan su götürmək üçün gediblər. Su olan yerin bir tərəfi Laçın yolu, bir tərəfi isə İsa bulağıdır. Atışmanın ən ağır günləri olub. Döyüş yoldaşları aşağıda dayanıblar. Amma Cəlaləddin su qabları ilə dağa çıxıb. Ermənilərin açdığı minaatan atəşi nəticəsində vurulub. Ona görə istəyirəm ki, su şəhidi adı Azərbaycanın hər tərəfinə yayılsın. Cəlaləddin ölümündən sonra “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəlaləddinin şəhid olduğu yer daşlarla əhatəyə alınıb. O dağa aşağıdan durub baxıram. Ora çıxmağım mümkün deyil. Əvvəl getməyə ayağım gəlmirdi. Amma indi hər gün getmək istəyirəm...”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri